XIII turun təyinatları açıqlandı
Bizi izləyin

İdman

XIII turun təyinatları açıqlandı

Topaz Premyer Liqasının XIII turunun oyunlarına təyinatları açıqlanıb.

Pubika.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, turun mərkəzi oyunu - "Xəzər Lənkəran" - "Neftçi" matçı Elvin Əsgərova həvalə olunub.

"Qarabağ" - AZAL matçını İnqilab Məmmədov idarə edəcək.

"Qəbələ" - "Simurq" görüşündə sabiq FIFA referisi Vüsal Əliyevə tapşırılıb.

"Sumqayıt" - "Bakı" qarşılaşmasını isə Ramil Diniyev idarə edəcək.

23 noyabr
Qarabağ - AZAL
Hakimlər: İnqilab Məmmədov, Yaşar Abbasov, Zeynal Zeynalov, Fariz Yusifov.
Tofiq Bəhramov adına Respublika stadionu. Saat 15.15.

Qəbələ - Simurq
Hakimlər: Vüsal Əliyev, Elman Musayev, Rza Məmmədov, Mahir Məmmədov.
Qəbələ şəhər stadionu. Saat 17.15.

24 noyabr
Xəzər Lənkəran - Neftçi
Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Namiq Hüseynov, Əliyar Ağayev.
“Dalğa Arena”. Saat 17.00.

Sumqayıt - Bakı
Hakimlər: Ramil Diniyev, Elşən Acalov, İsgəndər Əliyev, Orxan Məmmədov.
“Kapital Bank Arena”. Saat 17.00.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm