“Araz” dayandı
Bizi izləyin

İdman

“Araz” dayandı

Futzal üzrə UEFA kubokunun elit-raund mərhələsində mübarizə aparan “Araz” komandası son oyununu keçirib.

Publika.az AFFA-ya istinadən xəbər verir ki, təmsilçimiz Çexiyanın “Chrudim” komandası ilə qarşılaşıb. Oyun 6:0 hesabı ilə Çexiya təmsilçisinin xeyrinə başa çatıb. Bununla da “Araz” UEFA kubokunun elit-raund mərhələsində çıxışını dayandırıb.

“Araz” turnirin ilk oyununda Slovakiyanın “Slov-Matic” komandasına 3:4, ikinci qarşılaşmada isə Rusiyanın “Dina” klubuna 4:5 hesabı ilə məğlub olmuşdu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm