Namizədlərin qeydiyyatı başa çatdı
Bizi izləyin

Nida.az

Namizədlərin qeydiyyatı başa çatdı

2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar, bələdiyyə üzvlüyünə namizədlərin qeydə alınması prosesi başa çatıb.

MSK-dan Publika.az-a verilən məlumata görə, imza vərəqələri və digər seçki sənədlərinin dairə seçki komissiyalarına təqdim olunması müddəti qanunvericilikdə nəzərdə tutulduğu kimi bu gün saat 18:00-da dayandırılıb.

Qeyd edək ki, Seçki Məcəlləsinin tələbinə əsasən, dairə seçki komissiyaları imza vərəqələrini və namizədin qeydə alınması üçün lazım olan digər seçki sənədlərini qəbul etdikdən sonra 7 gün müddətində namizədin qeydə alınıb-alınmaması barədə əsaslandırılmış qərar qəbul edir.

Bələdiyyə üzvlüyünə namizədlərin qeydə alınması davam etməkdədir və bu proses noyabrın 29-da yekunlaşır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm