Müharibə başladı: Rus tankları Ukraynaya girdi
Bizi izləyin

Dünya

Müharibə başladı: Rus tankları Ukraynaya girdi

Rusiya Federasiyasının Qukovka Rayonundan 3 tankdan ibarəd kalon Ukrayna ərazisinə daxil olub.

Publika.az-ın Ukrayna mediaına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna hərbi araşdırmalar mərkəzinin rəhbəri Dmitri Timçuk açıqlama verib. Onun sözərinə görə, tanklar Ukrayna ərazisinə daxil olar olmaz ölkənin ordu birləşmələrini atəşə tutublar.

“Rus tankları Ukraynanın Qorlovka rayonuna daxil olub. Onlar ölkənin ordu hissələrini ağır artileryadan atəşə tutublar. Ukrayna ordusu ruslara cavab atəşi endirikdən sonra ruslar itkilər verərək geri çəkilməyə məcbur olublar”.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəsmi nümayəndəsi Andrey Lısenko isə rus tanklarının Luqansk istiqamətində hərkət etdiyini bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm