MİT CHP-ni izləyirmi? – Davudoğlu cavabladı
Bizi izləyin

Dünya

MİT CHP-ni izləyirmi? – Davudoğlu cavabladı

Türkiyə baş naziri Əhməd Davudoğlu “Milli İstihbarat Təşkilatı CHP-ni izləyir” deyən Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıcdaroğlunun iddialarına cavab verib.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, baş nazir partiya sədrindən böhtanlar üzərindən siyasət aparmamasını istəyib.

“MİT-in daha əhəmiyyətli işləri var, CHP ilə məşğul olacaq vaxtı yoxdur. Heç bir dövlət təşkilatı siyasətin içində deyil. Öz zəifliyinizi ört-basdır etmək üçün dövlət təşkilatlarına böhtan atmayın. Əlinizdə sənəd varsa, çıxın ortaya sübut edin. Sübut edə bilmirsənsə, xəyanət içindəsən”, - deyə Ə.Davudoğlu deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm