İdman
Bakıda AİBA Pro Boxing döyüşləri başlayır
Noyabrın 29-30-da Bakıda AİBA Pro Boxing (APB) turnirinin 69 və
91 kq-dan artıq çəki dərəcələrində növbəti döyüşlər
keçiriləcək.
Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, iki qat
dünya çempionumuz, London Olimpiadasının bürünc mükafatçısı
Məhəmmədrəsul Məcidov nəhayət ki, Beynəlxalq Boks Federasiyasının
yeni proektində iştirak edəcək.
Milli komandamızın üzvü ötən ay xəstə olduğu üçün rumıniyalı Mixay
Nistorla görüşə çıxa bilməmişdi. Bu dəfə boksçumuz noyabrın 30-da
“Sərhədçi” İdman Olimpiya Mərkəzində ukraynalı Sergey Verveyko ilə
qarşılaşacaq. Verveyko APB-də ilk görüşündə mərakeşli Məhəmməd
Arjaouiyə uduzmuşdu.
69 kq çəki dərəcəsində mübarizə aparan Fariz Məmmədov isə noyabrın
29-da rinqə çıxa bilməyəcək. Rusiyalı Andrey Zamkovoyla döyüşdə
burnundan zədə alan idmançı 3 ay rinqdən uzaq qalmalı olacaq.
Əvəzində 69 kq çəki dərəcəsində milli komandamızın digər üzvü
Tamerlan Abdullayev doğma publika qarşısına çıxacaq. Dəfələrlə ölkə
çempionu olmuş T.Abdullayev hələ ki böyüklər arasında beynəlxalq
arenada elə bir ciddi uğur qazanmayıb. O, son Azərbaycan
çempionatında öz çəki dərəcəsində 3-cü yeri tutub. Həmyerlimiz
APB-də ilk görüşünü macarıstanlı Qyula Kateyə qarşı keçiricək. 32
yaşlı Q.Kate ilk döyüşdə ukraynalı Denis Lazerevə məğlub olub. O,
2003 və 2009-cu illərdə dünya çempionatlarında bürünc mükafata
layiq görülüb.
AİBA Pro Boxing turnirində növbəti döyüşlər noyabrın 29-da və 30-da
saat “Sərhədçi” İdman Olimpiya Mərkəzində başlayacaq.
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK