Xətaidə evləri su basıb
Bizi izləyin

Qırmızı.az

Xətaidə evləri su basıb

Bakıda yağan yağışlar nəticəsində yaşayış evlərinə su dolub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, 23 noyabr 2014-cü il tarixdə, Bakı şəhəri ərazisində yağan yağışlar nəticəsində, Xətai rayonunda yerləşən fərdi yaşayış evlərinin həyətyanı sahəsinə su dolub və vətəndaşların evdən çıxması çətinləşib.

Hadisə yerinə xilasedicilər cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb.

Birgə keçirilmiş əməliyyat zamanı yağış sularının sakinlərə verə biləcək ziyan aradan qaldırılıb, suyun ərazidən çəkilməsinə nail olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm