Eboladan ölənlərin sayı 5.459-a çatıb
Bizi izləyin

Sağlamlıq

Eboladan ölənlərin sayı 5.459-a çatıb

Qərbi Afrika ölkələrində Ebola virusundan ölənlərin sayı 5.459-a çatıb.

Publika.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb. Məlumata görə, 18 noyabradək əksəriyyəti Qərbi Afrika ölkələri Liberiya, Qvineya və Sierra Leone olmaq üzrə 15 min 351 nəfər Ebola virusuna yoluxub. Liberyada virusa yoluxmuş 7.082 xəstədən 2.963 nəfəri, Sierra Leonedə 6.190 xəstədən 1.267 nəfəri, Qvineyada isə 2.047 xəstədən 214 nəfəri həlak olub.

Eyni zamanda Malidə 6, Nigeriyada 8, ABŞ-da isə 1 nəfər bu virusdan dünyasını dəyişib. O cümlədən Ebolaya yoluxmuş 588 səhiyyə işçisindən 337-i vəfat edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm