Sumqayıtda idman festivalı keçiriləcək
Bizi izləyin

İdman

Sumqayıtda idman festivalı keçiriləcək

Noyabrın 29-da Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) təşkilatçılığı ilə Sumqayıtda FIFA-nın bayrağı altında “Live Your Goals” (“Öz məqsədlərini yaşat”) idman festivalı keçiriləcək.

“Kapital Bank Arena”da təşkil olunacaq festivalda FIFA-nın “Live Your Goals” instruktoru, tanınmış keçmiş qadın futbolçu Hop Povell də iştirak edəcək. Bundan əlavə, festivalda Face Art və hədiyyəli yarışlar təşkil olunacaq, uşaqlar tanınmış azərbaycanlı futbolçuların imzalı şəkillərini əldə edə biləcəklər.

Qeyd edək ki, layihədən məqsəd qadın futbolunun kütləviliyinin artırılması, qızların futbola cəlb olunması, xüsusilə bölgələrdə qadın futboluna marağın artırılmasıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm