Dünya
Multimilyonçuların sayına görə ABŞ və Almaniya öndə gedir
Wealth-X və UBS kompaniyası tərəfindən aparılan tədqiqata görə,
varidatı 30 milyon dollardan çox olan multimilyonçularının sayı
2014-cü ildə 6 faiz artaraq 211,275 min nəfərə çatıb.
AzərTAc Vestifinance.ru saytına istinadla xəbər verir ki,
multimilyonçuların varidatı ümumilikdə 30 trilyon dollara çatır.
Eyni zamanda, dünya varidatının 13 faizini əllərində cəmləyən
multimilyonçular yer kürəsi əhalisinin cəmi 0,004 faizini təşkil
edir. Varlılarının sayındakı artım dünyanın bütün regionlarında, o
cümlədən Afrika, Cənubi Amerika və Asiyada da müşahidə
olunub.
Ölkələr arasında varlıların sayına görə ABŞ liderlik edir. Orada
69,560 min nəfər multimilyonçu yaşayır. ABŞ-dan sonra 19,095 min
nəfərlə Almaniya, 14,720 min nəfərlə Yaponiya 11,510 min və 11,070
min nəfərlə müvafiq olaraq Böyük Britaniya və Çin gəlir.
Şəhərlər arasında birinci yeri 8655 multimilyonçunun yaşadığı
Nyu-York, ikinci yeri isə 6815 multimilyonçunun məskunlaşdığı
London tutur.
Almaniyada son ildə sayı 7,2 faiz artan milyonçuların
varidatlarının həcmi 10 faiz çoxalaraq 2,5 trilyon dollara
çatıb.
Wealth-X və UBS kompaniyasının ekspertləri insanların öz gücünə
sərvət topladığı ABŞ və Böyük Britaniyadan fərqli olaraq Almaniyada
əksər milyonçuların (31 faiz) miras nəticəsində varlandığını qeyd
edirlər. Alman multimilyonçular əsasən Münhen, Hamburq, Düsseldorf
və Ştutqartda yaşayırlar.
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO
-
Rəsmi xronika15:28
Biz buna həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq - Prezident
-
Nida Xəbər 14:46
Göyçə yolu bağlandı: Basarkeçərin 10 kəndi qaytarılır?