"Qarabağ" liderliyi əldən vermədi - FOTO
Bizi izləyin

İdman

"Qarabağ" liderliyi əldən vermədi - FOTO

Bu gün Azərbaycan Premyer Liqasının XIII turun oyunlarına start verilib.

Publika.az xəbər verir ki, ilk oyun günündə 2 matç keçirilib. Liderliyini qorumağa çalışan “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda AZAL-ı qəbul edib. Qarşılaşma 2:1 hesabı ilə Ağdam təmsilçisinin xeyrinə başa çatıb. Bununla da Qarabağlılar öz liderliyini qoruya biliblər.

Günün ikinci qarşılaşması isə "Qəbələ" - "Simurq" arasında keçirilib. "Simurq" öz meydanında qəbələliləri 2:3 heabı ilə məğlub ediblər.

Sabah isə “Xəzər Lənkəran” “Neftçi”ni, “Sumqayıt” “Bakı”nı sınağa çəkəcək.

23 noyabr, XIII tur

15:15 "Qarabağ” – AZAL 2:1

Qollar: İ.Qurbanov,29, Eltun Yaqublu, 56-avtoqol - Rəşad Abdullayev, 61 - pen

Hakimlər: İnqilab Məmmədov, Yaşar Abbasov, Zeynal Zeynalov, Fariz Yusifov

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

Hakim-inspektor: Kərim Ağayev

Tofiq Bəhramov adına Respublika stadionu

17:15 "Qəbələ” – "Simurq” 2:3 (İkinci hissə)

Qollar: Ekiqo Ehiosun 40, Bəxtiyar Soltanov, 90+2 - Marko Stanoyeviç, 7, Draqan Çeran, 80, 83

Hakimlər: Vüsal Əliyev, Elman Musayev, Rza Məmmədov, Mahir Məmmədov

AFFA nümayəndəsi: Şaiq Həmidov

Hakim-inspektor: Əhmədağa Cabbarov

Qəbələ şəhər stadionu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm