Putin: Bizim ətrafımıza heç kim sədd çəkə bilməz
Bizi izləyin

Dünya

Putin: Bizim ətrafımıza heç kim sədd çəkə bilməz

"Rusiya özünün təcrid olunmasına heç bir halda yol verməyəcək".

Publika.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putun TASS agentliyinə müsahibəsində bildirib.

"Tarixdə belə hallar olub - bəzi dövlətlər özünü dünyadan təcrid etməyə cəhd edib, lakin bu onlara baha başa gəlib. Həmin dövlətlər deqradasiyaya və iflasa məruz qalıb. Biz onların yolunu getməyəcəyik. Bizim ətrafımıza heç kim sədd çəkə bilməz. Bu mümkün də deyil", Vladimir Putin əlavə edib.

Vladimir Putun deyib ki, müasir dünyada təcrid olunmaq mümkün də deyil. Rusiya prezidentinin fikrincə indi bütün ölkələr bir-birindən asılı vəziyyətdədir.

"Bu isə o deməkdir ki, sanksiyalar, neftin kəskin ucuzlaşması, milli valyutanın dəyərdən düşməsi təkcə Rusiya üçün fəlakətli olmayacaq. Bunun mənfi təsirini partnyorlarımız da hiss edəcək", - Rusiya prezidenti vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm