İŞİD-dən daha bir DƏHŞƏT - FOTO - 23+
Bizi izləyin

Dünya

İŞİD-dən daha bir DƏHŞƏT - FOTO - 23+

İŞİD terror təşkilatı internetdə daha dəhşətli bir video yayımlayıb.

Publika.az-ın məlumatına görə, videoda terrorçular Rakkada əsir saxladıqları 4 Suriya əsgərini Əsəd təyyarələri tərəfindən bombalanan bir binanın xarabalığı qarşısında diz çökdürərək güllələyirlər.

Edam səhnəsindən əvvəl kamera qarşısına keçən üzü maskalı terrorçu Əsəd təyyarələri tərəfindən mülki şəxslərə aid binanı bombalanması nəticəsində çoxlu müsəlmanın həlak olduğunu deyir.

"ABŞ-ın rəhbərliyi ilə digər körfəz ölkələrinin də qatıldığı koalisiya qüvvələri və Əsəd rejimi nə etsə də, İslam Dövləti yaşayır və günbəgün genişlənir", - terrorçu əlavə edir.

Sonra hava hücumu zamanı həyatını itirmiş mülkü şəxslərin cənazələri görüntülənir. Daha sonra əl-qolu bağlı olan 4 nəfər güllələnir və cəsədləri avtomobilə qoşularaq Rakka şəhərinin küçələrində gəzdirilir.

İŞİD bu edamın mülki şəxslərin yaşadığı binaların bombalanmasının qisası olduğunu bəyan edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm