ABŞ-ın müdafiə naziri istefa verdi
Bizi izləyin

Dünya

ABŞ-ın müdafiə naziri istefa verdi

ABŞ prezidenti Barak Obama müdafiə naziri Çak Hegelin istefasını qəbul edib.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə “Röyters” xəbər agentliyinə Pentaqondakı yüksək vəzifəli mənbə bildirib.

Onun sözlərinə görə, yeni müdafiə nazirinin adı açıqlamayıb. Hegel həmin vaxta kimi vəzifəsini icra edəcək.

Hegelin mümkün varisləri arasında müdafiə nazirinin keçmiş müavinləri Mişel Flurnoy və Eşton Karter, eləcə də senator-demokrat Cek Ridin adı çəkilir. B.Obamanın Hegelin rəsmi istefasını bu gün elan edəcəyi gözlənilir.

Bu barədəilk məlumat yayan New York Times qəzeti onun istefasının təzyiqlərə əsaslandığını yazıb.

Hegel müdafiə naziri vəzifəsinə 2013-cü ilin fevral ayında başlayıb.

Vyetnam müharibəsi veteranı daha əvvəl ictimai və özəl sektorlarda çalışıb. 1996-cı ildə o, Nebraska ştatından senator seçilib və 2009-cu ildədək bu vəzifədə çalışıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm