İŞİD-ə Kobanidə ağır zərbə: 90 faiz itirilib
Bizi izləyin

Dünya

İŞİD-ə Kobanidə ağır zərbə: 90 faiz itirilib

Azad Suriya Ordusu (ASO) və Peşmərgə güclərinin dəstəklədiyi bəzi kürd qrupları Kobani şəhərinin 90 faizinə nəzarəti təmin edib.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Rakka İnqilabçılarının səhra komandiri Əbu İbrahim bildirib.

Onun sözlərinə görə, hazırda şəhərin mərkəzində hər hansı bir qarşıdurma yoxdur: “Mahalın əhəmiyyətli hissəsi terror təşkilatından təmizlənib. Kobaninin şərqindəki sənaye bölgəsi ilə yanaşı bir neçə nöqtə kürdlərin nəzarətinə keçib. İŞİD 2 aydır davam edən qarşıdurmalarda böyük itki verib. Qarşıdurmalar hazırda Kobani ətrafında davam edir”.

Əbu İbrahim həmçinin ABŞ-ın liderlik etdiyi koalisiya güclərinə aid döyüş təyyarələrin Kobani ətrafındakı İŞİD mövqelərini bombaladığını bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm