Gözlə işləyən "mause"
Bizi izləyin

Texnoloji

Gözlə işləyən "mause"

Cənubi Koreyanın Samsung Electronics şirkəti əlillər üçün hazırladığı kompyuter istifadəçisinin göz hərəkətini izləmək qabiliyyətinə malik “mouse”un təqdimatını keçirib.

Publika.az-ın məlumatına görə, bu “mouse” vasitəsilə əlil istifadəçilər kompyuter oxunu ekranda istənilən istiqamətdə hərəkət etdirə, görüntüləri səhifələyə, proqramları aça və kompyuter interfeysinin səhifələrini dəyişə biləcəklər.

Samsung kompaniyası gələn il əlillərə təmənnasız olaraq 100 ədəd Eyecan+ adlanan belə qurğu paylamaq niyyətindədir.Bu texnoloji istiqamətin inkişafı məqsədi ilə Cənubi Koreya şirkəti digər müəssisələrə yeni texnologiyalardan istifadə üçün şərait yaradıb.

Kompaniya bu qəbildən olan “mouse”ların istehsalına 2011-ci ildən başlayıb. Hazırda satışda olan analoji qurğuların qiyməti 10 milyon von, yəni 9 min dollardan bahadır. Kompyuter qurğusunun yeni versiyasının qiyməti isə bundan qat-qat ucuzdur və cəmi 50 min von (45 dollar) təşkil edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm