Sinem Kobaldan “Türkan Şoray qaydaları”
Bizi izləyin

Tabloid.az

Sinem Kobaldan “Türkan Şoray qaydaları”

Türkiyənin məşhur aktrisası Sinem Kobal “Türkan Şoray qaydaları”na əməl etməkdə qərarlıdır.

Publika.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, aktrisa “Gönül işleri” serialının çəkilişi zamanı, daha doğrusu, serialın son hissəsində tərəf müqabili, Bedri obrazını canlandıran aktyor Can Yamanla öpüşməkdən imtina edib.

Yerli mətbuat yazır ki, Kobal məşhur futbolçu Arda Turanla birlikdə olduğu beş il ərzində də açıq-saçıq səhnələri olan rollardan imtina edirdi. “Küçük sırlar” serialında eyni problemi Burak Özcivitle yaşayan aktrisanın daha rejissorlar tərəfindən belə rollara dəvət edilməyəcəyi gözlənilir.

Qeyd edək ki, “Türkan Şoray qanunları” Türkiyədə çox məşhurdur və adından da bəlli olduğu kimi, bu qaydalar “Şərqin Elizabet Teyloru” Türkan Şoraya aiddir.

İndiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm