Nida.az
Müsavatdan daha bir istefa: “İsa Qəmbər bizə nökərləri kimi baxır” - Şok
Müsavat Partiyasının Zəngilan rayon təşkilatının sədri, keçmiş Məclis üzvü Rüfət Əliyev partiyadan istefa verib.
İstefa səbəbləri haqda Publika.az-a danışan R.
Əliyev Müsavatın yeni rəhbərliyi ilə eyni çatı altında mübarizə
aparmağın doğru olmadığını bildirib: “Arif Hacılı, Gülağa Aslanlı,
Səxavət Soltanlı kimi insanlarla bir yerdə qalmaq mübarizə
həyatımıza bir ləkədir. Bu gün qəbul etmək istəmədiyimiz hakim
partiya öz üzvlərinə qarşı Müsavatın etdiklərini etməyib. “Kim
getmək istəyirsə, yolu açıqdır” deyirlər.
Bu nə deməkdir? İsa Qəmbər bu sözlərlə əsl xarakterini ortaya qoydu. Onun qapını göstərdiyi adamlar illərini Müsavata veriblər. Deməli, biz illərlə bu insanların arxasınca mənasız yerə sürünmüşük, mübarizə aparmışıq. Vurğun Əyyub, Hikmət Hacızadə, Qubad İbadoğlu, Tofiq Yaqublu kimi ziyalılar Arif Hacılının başqanlığı ilə razılaşmırlarsa, deməli, onlara da qapı göstərilməlidir? Bunlar hansı demokratiyadan danışırlar? Hakimiyyətə gəlsələr, bu düşüncə ilə Azərbaycana nə verəcəklər? Biz illərlə İsa Qəmbərin arxasında dayanmışıq, onu müdafiə etmişik, lider demişik. İndi o bir qrupun maraqlarını müsavatçılıqdan üstün tutur. İsa Qəmbər illərlə onun uğrunda qeyri-adekvat güclər mübarizəsində heç nədən çəkinməyən, ən amansız təqiblərə, işgəncələrə məruz qalan, tutulan, döyülüb söyülən, işsiz qalan tərəfdarlarına “sizin mövqeyinizin mənim üçün zərrə qədər də əhəmiyyəti yoxdur” mənasına gələn sözlər deyir.
Onlara apardıqları haqq mübarizəsinə nəinki arxasını çevirir, hətta müsavatçıları təşkilatdan qovur. Axı müsavatçılar bu partiya üçün öz ailə səadətlərini belə qurban veriblər. Vaxtilə Rəsul Quliyev də onun hakimiyyətə gəlməsi uğrunda mübarizə aparan ADP funksionerlərini nökərə bənzədirdi. Eks-spikerin bu mövqeyi daha sonra onun tamamilə yalnızlaşmasına gətirib çıxartdı. İsa Qəmbərin də öz sevimli partnyorundan geri qalmadığı ortaya çıxdı. İsa bəy də öz tərəfdarlarına üzə ağ olduqları zaman qapı göstərə biləcəyi nökərləri kimi baxır.
Mən xaraktercə nökərliyi qəbul edən insan olmadığımdan xeyli düşündükdən sonra bu partiyanın sıralarını tərk etməyə qərar verdim. Kim siyasi nökərdir, bu təşkilatda qalıb İsa bəyin, Arif Hacılının ətəklərindən yapışsınlar”.
Asif
-
Sosial21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov