Saakaşvili “beşinci kolon”un tərkibini açıqladı - Siyahı
Bizi izləyin

Dünya

Saakaşvili “beşinci kolon”un tərkibini açıqladı - Siyahı

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili Gürcüstanda “beşinci kolon”un mövcudluğundan danışıb.

Publika.az-ın verdiyi xəbərə görə, sabiq prezident “Rustavi 2" telekanalın efirində “beşinci kolon”un tərkibinə Keti Dolidze, Nino Burdjanadze və Georqi Volskinin daxil olduğunu bildirib.

Qeyd edək ki, Keti Dolidze tanınmış gürcü rejissoru, Nino Burdjanadze sabiq spiker, “Demokratik hərəkat – vahid Gürcüstan” Partiyasının lideri, Georgi Volsk isə Tiflis Beynəlxalq Geosiyasi Araşdırmalar Mərkəzinin siyasi məsələlər üzrə müşaviridir.

Saakaşvili həmçinin Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət nazir Paata Zakareişvilinin də adını çəkib. Saakaşvilinin sözlərinə görə, Zakareişvilinin agent olmasını hamı əla bilir.

“Bütün bu insanlar düşmən maraqlarının xidmətçisidir. Rusiya bizə deyir ki, Qərb yolundan geri çəkilin, inkişafı dayandırın”, - sabiq prezident deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm