Azərbaycanda “Aşk tesadüfleri sever” - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Azərbaycanda “Aşk tesadüfleri sever” - FOTOLAR

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, eləcə də Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Tanıtma müşavirliyinin təşkilatçılığı ilə Bakıda keçirilən Türkiyə Mədəniyyət günləri çərçivəsində Nizami Kino Mərkəzində “Aşk tesadüfleri sever” filmi nümayiş olunub.

Publika.az-ın məlumatına görə, nümayişindən əvvəl çıxış edən “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya baş müdirliyinin idarə rəhbəri Mustafa Yavuzkanat iki ölkə arasında müvafiq sahədə əməkdaşlığın vacibliyindən söz açıblar. Daha sonra film nümayiş olunub.

Məlumat üçün bildirək ki, “Aşk Tesadüfleri Sever” filminin ssenaristi Nuran Evren Şit, rejissoru isə Ömər Faruk Sorakdır. Bu film iki gəncin sevgiyə doğru aparan həyat yolundan bəhs edir. Qeyd edək ki, filmdə baş rollarda Mehmet Günsür, Belçim Bilgin, Yigit Özşener, Altan Erkekli, Ayda Aksel, Hüseyn Avni Danyal və başqaları çəkiliblər.

Onu da deyək ki, Türkiyə Mədəniyyəti günləri noyabrın 27-dək davam edəcək.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm