Gömrük orqanlarının görüşü keçirilir
Bizi izləyin

Qırmızı.az

Gömrük orqanlarının görüşü keçirilir

“Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv dövlətlərin gömrük idarələri rəhbərlərinin iclasında əsas məqsəd birgə materialların hazırlanmasıdır”.

Publika.az-ın xəbərinə görə, bunu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Daimi Beynəlxalq Katibliyinin baş katibinin müavini, səfir Trayan Çebeleu jurnalistlərə açıqlamasında bildirib.

Bu qrupun sonuncu görüşünün altı il əvvəl keçirildiyini xatırladan Trayan Çebeleu, iclasda altı il ərzində görülən işlər barədə ətraflı müzakirələrin aparıldığını bildirib:

“Bu təşkilatda əlaqələndirici funksiyasını həyata keçirən Azərbaycanın tövsiyəsi ilə gündəlikdə olan ən vacib məsələlər müzakirə olundu. Əsas məsələlərdən biri də, müxtəlif dövlətlər arasında ticarətin asanlaşdırılması üçün gömrük orqanlarının oynadığı roldan ibarətdir. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının əsas məqsədlərindən biri, məhz region daxilində və ölkələr arasında ticarət mübadiləsinin aparılması və ticarət münasibətlərinin daha geniş vüsət tapması, o cümlədən ticarətin asanlaşdırılmasıdır”.

Bu görüşün məhsuldar olacağına ümid etdiyini söyləyən səfir, görüşün nəticələrinin qəbul ediləcək yekun sənəddə əks olunacağını qeyd edib.

Naibə QURBANOVA

Oxumağa davam et
Reklam
Reklam

Gündəm