Müdafiə Nazirliyinin əməkdaşının seyfindən 420 min dollar çıxdı
Bizi izləyin

Dünya

Müdafiə Nazirliyinin əməkdaşının seyfindən 420 min dollar çıxdı

Ukrayna Hərbi Prokurorluğu DİN əməkdaşları ilə birlikdə keçirdikləri əməliyyat zamanı Müdafiə Nazirliyinin Dövlət Satınalmalar Departamentinin keçmiş direktorunun bank seyfində 420 min dollar aşkar ediblər.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğunun mətbuat xidmətindən məlumat verilib.

“Noyabrın 24-də Hərbi prokurorluğun əməkdaşları Ukrayna Daxili İşlər Nazirliyinin Baş İdarəsinin əməkdaşları ilə birlikdə Müdafiə Nazirliyinin Dövlət Satınalmalar Departamentinin keçmiş direktorunun bank hesablarında axtarış aparıblar. əməliyyat zamanı 420 min dollar aşkar olunaraq götürülüb”, - məlumatda bildirilib.

​Müdafiə Nazirliyinin keçmiş məmuruna qarşı hazırda vəzifə səlahiyyətlərindən sui-istifadə etmə maddəsilə cinayət işi açılıb.

Hazırda həmin şəxs saxlanılıb. Məsələ ilə bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm