Rusiyalı ekspertdən “öldürücü” proqnoz: “Bir il sonra başqa ölkədə yaşayacağıq”
Bizi izləyin

Dünya

Rusiyalı ekspertdən “öldürücü” proqnoz: “Bir il sonra başqa ölkədə yaşayacağıq”

“Rusiya Federasiyasının iqtisadiyyatı Vladimir Putinin siyasəti və Qərbin sanksiyaların tam effektini hələ hiss etməyib. 2015-ci ildə rusiyalılar tamamilə başqa ölkədə yaşayacaqlar”.

Publika.az-ın Rusiya mediasına istinadən verdiyi məlumata görə, belə bir şok iddia ilə “Facebook” səhifəsində məşhur rusiyalı investisiya bankiri və iqtisadçı Slava Rabinoviç çıxış edib.

Rusiya maliyyəçisinin fikrincə, Moskvadan fərqli olaraq, iqtisadiyyatın amansız qanunları əks hesablamalar aparır: “Çünki bütün mənfi effektlər iqtisadiyyata "sızmalıdır". Buna görə də Rusiyanın hələ sanksiyalara gülmək vaxtı var. Amma maliyyənin və iqtisadiyyatın amansız qanunları əks hesablamalar aparır. Rusiyanı hələ sanksiyaların ağır və mənfi effekti gözləyir. Həmçinin ölkə hələ rublun sürətli və dərin devalvasiyası, neft qiymətinin əhəmiyyətli şəkildə azalmasının uzunmüddətli effektlərinin sınağından keçməyib”.

Xarici kapitalın ölkəni dəhşətli sürətlə tərk etdiyini bildirən Slava Rabinoviç qeyd edir ki, Rusiya hələlik dünya iqtisadiyyatından “atılmasına”, sanksiyalara gülür: “Rusiya sanksiyalara görə bütün dünyaya gülür. Ancaq möcüzələr olmayacaq. Həm də nəzərə almaq lazımdır ki, iqtisadi və maliyyə kollapsı birdən-birə baş vermir. Özümüzü aldatmayaq. Xarici malların əvəz edilməsi baş vermir. Hər şeyin, o cümlədən iqtisadiyyatın idxala ehtiyacı olmayan neft sektoru, kənd təsərrüfatı sektoru kimi sahələrdə belə idxal üzrə dünya rekordu əldə edən ölkənin dünya iqtisadi sistemindən çıxması və devalivasiya zamanı tam, təkrar edirəm, tam iqtisadi kollaps baş verir. Düşünürəm ki, düz bir il sonra - 2015-ci ilin sonunda Rusiya tamamilə başqa ölkə olacaq. Biz - əgər o vaxta kimi Rusiyanı tərk edib getməsək - tamamilə başqa ölkədə yaşayacağıq. Əgər hər şey “ora" doğru hərəkət edərsə, o halda 2015-ci il ərzində biz iqtisadiyyatda praktik olaraq bütün süzgəclərdən keçirilmiş effektləri görəcəyik".

Daha sonra Rusiyada nələr olacaq? Ekspert bu barədə əvvəlcədən proqnoz vermək istəmir.

“Yəqin ki, bunu sosial partlayışlar, separatizm və regionların ayrılması üzrə mütəxəssislərdən soruşmaq lazımdır, o mütəxəssislərdən ki, qan gölü üzrə ekspertlərdir”, - Slava Rabinoviç məsləhət görür.

Başqa bir rusiyalı ekspert, “Finam İdarəetmə" şirkətinin direktoru Nikolay Solabutonun proqnozları da Rusiya üçün qorxuducudur. Onun proqnozlarına görə, 2015-ci ilin yazında rus rublu 4 dəfəyə kimi bahalaşacaq. O hətta bir dolların 200 rubla bərabər ola biləcəyini bildirir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm