Bakıda ictimai nəqliyyatda nağd ödənişlərə əlvida
Bizi izləyin

Qırmızı.az

Bakıda ictimai nəqliyyatda nağd ödənişlərə əlvida

Azərbaycan Nəqliyyat Nazirliyi 2015-ci il martın 1-dən Bakıda ictimai nəqliyyatda gediş haqqının nağdsız ödənişi sisteminə keçidin təmin olunması üçün bütün lazımi işləri görür.

Trend xəbər verir ki, bu barədə çərşənbə günü jurnalistlərə nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib.

Nazir müavini deyib: "Biz martın 1-nə kimi gediş haqqının nağdsız ödənişinə keçilməsi üzərində çalışırıq, lakin mən tam əminliklə deyə bilərəm ki, Bakıda birinci Avropa Oyunlarının keçirilməsinə qədər ictimai nəqliyyatda elektron ödəniş sistemi tətbiq olunacaq".

Onun sözlərinə görə, ictimai nəqliyyatda yeni ödəniş sistemi Bakı Metropolitenində gediş haqqının ödənişi sistemi ilə və gələcəkdə ictimai nəqliyyatın bütün növləri ilə birləşdiriləcək: "Nəqliyyat kartları ilə yanaşı, gediş haqqının bank kartları ilə ödənilməsi də mümkün olacaq ki, hazırda bununla bağlı iş aparırıq".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm