Qırmızı.az
Pensiyalar vaxtından əvvəl hesaba köçürülüb
Dövlət Sosial Müdafiə Fondu (DSMF) 2014-cü ilin noyabr ayı üzrə əmək pensiyalarının maliyyələşdirilməsini vaxtından əvvəl başa çatdırıb.
DSMF-nin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, mərkəzi xəzinə hesabından pensiyaların maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin yerli orqanların hesablarına köcürülməsi noyabr ayının 24-ü tarixinə tam yekunlaşıb və pensiyaların vətəndaşların şəxsi hesablarına köçürülməsi təmin olunub.
Ümumilikdə bu ilin 10 ayı ərzində DSMF-yə daxilolmaların səviyyəsi pensiya və müavinətlərin qrafikdən əvvəl maliyyələşdirilməsinə imkan verib. 10 ay ərzində Fondun gəlirləri 2402,1 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 8,8 faiz və ya 193,9 milyon manat çoxdur. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar əvvəlki ilin müvafiq dövrünə nisbətən 10,6 faiz artaraq 1386,2 milyon manata çatıb. Bu daxilolmaların 65,2 faizi və ya 904,4 milyon manatı qeyri-büdcə sektorunun payına düşüb ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 13,7 faiz və ya 108,8 milyon manat çoxdur.
2014-cü ilin 10 ayı ərzində Fondun xərcləri 2377,2 milyon manat olub və bunun 98,1 faizi pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilib.
2014-cü ilin 1 oktyabr tarixinə Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 288 680 nəfər təşkil edib. Onların 60,9 faizini yaşa görə, 28,2 faizini əlilliyə görə, 10,9 faizini isə ailə başçısını itirməyə görə əmək pensiyası alanlar təşkil edib.
Gülnar
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!