Gələn il maaş və müavinətlər nə qədər artacaq? – Açıqlama
Bizi izləyin

Digər

Gələn il maaş və müavinətlər nə qədər artacaq? – Açıqlama

“Tələbə təqaüdlərinin artımı üçün vəsait nəzərdə tutulmur. 2015-ci ildə həmin məqsəd üçün 25.8 milyon manat vəsait nəzərdə tutulur. Bu, təqribən 2014-cü ilin göstəricisinə bərabərdir”.

Publika.az-ın xəbərinə görə bunu iqtisadçı-ekspert Rövşən Ağayev gələn ilin büdcəsinin sosial xərclərini şərh edərkən bildirib. O qeyd edib ki, 2015-ci ilin büdcəsindən sosial sahədə (təhsil, səhiyyə, mədəniyyət-incəsənət) çalışanların əmək haqqının ödənilməsinə 1,467 milyard manat ayrılması nəzərdə tutulur. Bu, 2014-cü ilə nisbətən cəmi 3% artım deməkdi. Ümumilikdə gələn ilin büdcəsindən əmək haqlarının artımına 420 milyon manat ayrılması nəzərdə tutulur. Bundan cəmi 11%-i 500 min nəfərədək insanın çalışdığı sosial sahələrə ayrılacaq.

Gələn il dövlət idarəetmə və hüquq-mühafizə sistemində əmək haqqı xərcləri təxminən 1.1 milyard manat təşkil edəcək. Bu 2014-cü ilə nisbətən 22% çoxdur. 2015-ci il üzrə əmək haqqı artımları üçün nəzərdə tutulan vəsaitlərin təxminən 50%-i məhz bu 2 sahəyə ayrılacaq.

Tələbə təqaüdlərinin artımı üçün vəsait nəzərdə tutulmur. 2015-ci ildə həmin məqsəd üçün 25.8 milyon manat vəsait nəzərdə tutulur. Bu, təqribən 2014-cü ilin göstəricisinə bərabərdir.

Sosial müdafiə xərcləri çərçivəsndə ödənilən sosial yardım və müavinətlər üzrə xərclərin isə cəmi 2% və ya 32 milyon artımı gözlənir.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm