Dünya
Əsəd Rakkada İŞİD-i vurdu: 130 ölü
Suriya ordusuna aid döyüş təyyarələri İŞİD-in “paytaxtı” statusunda olan Rakka şəhərinə zərbələr endirib.
Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, aviazərbələr nəticəsində ölənlərin sayı 130-a yüksəlib.
Şəhərdəki dövlət xəstəxanasının səlahiyyətlilərindən biri hava hücumunda həyatını itirərək xəstəxanaya gətirilənlərin sayının 130-a çıxdığını, 50-dən çox yaralının isə müalicəsinin davam etdiyini bildirib.
Suriya ordusuna aid döyüş təyyarələri dünən də Rakka şəhərinə aviazərbələr endirib. Rakka Yerli Koordinasiya Komitəsindən verilən açıqlamaya görə, Suriya ordusunun döyüş təyyarələri İŞİD-in nəzarətində olan Rakka şəhərinin sənaye bölgəsindəki bazarı və əhalinin sıx olduğu əraziləri bombalayıb.
ABŞ-ın liderlik etdiyi koalisiya qüvvələrinin döyüş təyyarələri isə Rakkadakı görmə və eşitmə qüsurlu uşaqların təhsil aldığı bir ibtidai məktəbi vurub.
Ömər Dağlı
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom