Cəlilabadda partlayış, 2 nəfər xəsarət aldı
Bizi izləyin

Qırmızı.az

Cəlilabadda partlayış, 2 nəfər xəsarət aldı

Cəlilabad şəhər sakininin həyətindəki yardımçı otaqda qaz balonu partlayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, noyabrın 25-də saat 22 radələrində Cəlilabad şəhər sakini Ələddin Abdullayevin həyətindəki yardımçı otağında məişətdə istifadə edilən qaz balonu partlayıb.

Yanıq xəsarəti almış Ə.Abdullayev və həmyerlisi Rasim Yusubov xəstəxanaya yerləşdiriliblər.

R.Yusubova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm