Şeyxin evi uçur – FOTO – ÖZƏL
Bizi izləyin

Qırmızı.az

Şeyxin evi uçur – FOTO – ÖZƏL

Azərbaycanın tanınmış rejissoru Şeyx Əbdül Mahmudbəyovun evi uçur.

Qəzalı vəziyyətdə olan evdə yaşayan ailə üzvləri təhlükə ilə üz-üzə qalıblar.

Bu barədə Publika.az-a danışan rejissor yaxın günlərdə kömək olmasa, ailəsinin həyati təhlükə ilə qarşı-qarşıya qalacağını bildirdi: “Qış bağı salınanda evim zədə aldı. Yaxınlıqda tikilən qarajın təməli zamanı titrəyişdən mənzilimdə böyük çatlar yarandı. Dəfələrlə əlaqədar qurumlara müraciət etdim. Rəsmi qurumlardan cavab gəldi ki, ev təmir olunsun. Amma hələ də nəticə yoxdur. Son günlər yağan yağışın təsirindən ev lap bərbad hala düşüb. Evimə su damır, hər yerə vanna, vedrə qoymuşuq ki, evi su basmasın. Yeddi nəfər ailə üzvünün həyatı təhlükə ilə üz-üzədir. Ani silkələnmə evi başımıza uçura bilər”.

Onun sözlərinə görə, üç dəfə məhkəmə onun xeyrinə qərar çıxarıb. Amma nəticə yoxdur.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm