Nida.az
Narazılar yeni qurumun əsasnaməsini hazırlayır - Müsavatda yeni QALMAQAL
“Müsavatın hazırkı rəhbərliyinin legitimliyini qəbul etməyən əksəriyyətin yaradacağı qurumun əsasnaməsi hazırlanır”.
Bunu Publika.az-a açıqlamasında Müsavatın keçmiş
üzvü, başqanlığa keçmiş namizəd Səxavət Əlisoy deyib.
Onun sözlərinə görə, hazırda yeni qurumu yaratmaq istiqamətində iş
aparılır: “Bu partiya, yaxud siyasi profilli birlik ola bilər. Bu
istiqamətdə müzakirələrimiz gedir. Bu barədə geniş danışmaq
istəmirəm. Yaxın günlərdə hər şey məlum olacaq, media bundan xəbər
tutacaq”.
Müsavat başqanının müavini Elman Fəttah Publika.az-a açıqlamasında
Səxavət Əlisoyun partiya üzvü olmadığını deyib: “O partiya
sıralarından çıxarılıb. Buna görə də Müsavat aid hansısa addım
atmaq, nəyisə hazırlamaq hüququ yoxdur”.
S. Əlisoy isə E. Fəttaha sərt cavab verib.
“Onunla polemikaya getmək istəmirəm. Amma buna İsa Qəmbərin sözü
ilə cavab vermək istəyirəm. Müsavat heç kimin dədəsinin partiyası
deyil. Hər hansı addım atanda Elman Fəttah kimilərdən icazə
almırıq, özümüz qərar veririk”, - deyə o bildirib.
S.Əlisoy yeni yaranacaq qurumun partiya və ya ictimai birlik olması barədə danışmağın hələ tez olduğunu bildirib. O qeyd edib ki, qurumun hansı formada olacağı yaxın günlərdə bilinəcək.
Başqanlığa keçmiş namizəd mübarizədən geri çəkilməyəcəklərini bəyan edib. O bildirib ki, son qurultay zamanı baş verən saxtakarlıqlar aradan qaldırılmayana və ədalət bərpa olunmayana qədər mübarizəni davam etdirəcəklər.
Asif Nərimanlı
-
Dünya10:44
Bu valideynlər bir uşağa görə 125 min manat alacaqlar
-
Region10:10
Rusiyadakı azərbaycanlılara PİS XƏBƏR - Bu sahələrdə işləmək qadağan edildi
-
Cənubi Qafqaz09:48
Rusiya bu həftə Paşinyanı devirəcək - Şok iddia
-
Hadisə09:21
Məktəb binasında yanğın
-
Sosial08:43
Azərbaycanın tanınmış professoru vəfat etdi - FOTO
-
Magazin208:36
Kristofer Nolan cəngavər olacaq, xanımı isə... - FOTO
-
Ekologiya07:17
Bu günə olan hava PROQNOZU - 20 dərəcə isti
-
Magazin206:16
Leonardo Di Kaprio ilə sevgilisi arasında NƏ BAŞ VERİR?