Azərbaycandan Rusiyaya göndərilən meyvə-tərəvəzin həcmi bəlli oldu
Bizi izləyin

Ekopublika.az

Azərbaycandan Rusiyaya göndərilən meyvə-tərəvəzin həcmi bəlli oldu

Bu ilin 9 ayında Azərbaycandan 170,2 min ton meyvə, tərəvəz və s kənd təsərrüfatı məhsulları ixrac edilib. Xarici ticarət dövriyyəsinin balansının saldosu ton ifadəsində Azərbaycanın xeyrinə olub.

Publika.az statistik rəqəmlərə istinadən bildirir ki, müsbət saldo tonal ifadədə 49 837,8 ton olub. İxracın əsas hissəsi (93,5%) Rusiyanın payına düşüb. Bu ölkəyə 48,7 min ton kartof, 52,6 min ton pomidor, 2486,7 ton xiyar, 4200 ton qoz, 12,4 min ton alma, 9,5 min ton gilas və albalı, 6,8 min ton şaftalı, 3,9 min ton gavalı və s . göndərilib. Bu ölkəyə Azərbaycandan meyvə, tərəvəz, çay ixracının ümumi həcmi 149,3 mln dollar olub. Rusiyadan Azərbaycana ilin əvvəlindən 22 730 ton kartof, 284,8 ton noxud idxal edilib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm