Ölkəyə qida idxalı azalıb
Bizi izləyin

Ekopublika.az

Ölkəyə qida idxalı azalıb

Bu ilin 10 ayında ölkəyə 842,810.81 min dollar həcmində yeyinti məhsulu idxal edilib.

Publika.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə yeyinti məhsullarının idxalı azalıb. Belə ki, 2013-cü ildə 953,752.52 min manatlıq yeyinti məhsulu idxal edilmişdi.

Komitənini rəqəmləri göstərir ki, əsasən meyvə-tərəvəz, buğda, süd, bitki və heyvan mənşəli piylər və yağlarının idxalı keçən ilin müvafiq dövrü ilə müqayisədə azalıb. Əvəzində tütün, mebel idxalı artıb. Maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələrinin də idxalı azalıb. Belə ki, keçən ilin göstərilən dövründə bu struktur üzrə idxalın həcmi 2,232,528.99 min dollar idisə, cari ildə 2,057,575.11 min dollar olub. Bundan əlavə, ötən il 1,235,135.85 min dollarlıq nəqliyyat vasitələri və onların hissələri idxal edilmişdisə 2014-cü ildə bu rəqəm 637,150.04 min dollar təşkil edib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm