Dünya
“Nüfuz sahələri” müharibəsi: Çin Aralıq dənizində nə gəzir?
Gələn il Çin və Rusiyanın hərbi dəniz qüvvələri Aralıq dənizində birgə təlimlər keçirməyi planlaşdırır.
Publika.az-ın verdiyi xəbərə görə, siyasi müşahidəçi Qideon Rahman “The Financial Times” nəşrinə açıqlamasında Pekin və Moskvanın hərbi planlarını şərh edib.
“Çinlilər və ruslar şüurlu olaraq anlatmağa çalışacaqlar ki, əgər NATO onların sərhədləri yaxınlığındakı sularda patrul keşiyi çəkirsə, onlar da “mərkəzi rayonlar"dakı beynəlxalq sularda cavab addımı ata bilərlər”, - ekspert bildirib.
Onun sözlərinə görə, Rusiya və Çin “nüfuz sahələri” ideyasına əsaslanan dünya siyasəti konsepsiyasına yenidən baxılmasına cəhd edir: “Pekin və Moskva hesab edirlər ki, onlar qonşu ərazilərdə baş verən proseslərə veto qoymaq hüququna malik olmalıdır. ABŞ prezidentinin milli təhlükəsizlik üzrə məsləhətçisinin müavini Toni Blinken isə deyib ki, Vaşinqton “nüfuz sahəsi” anlayışını rədd etməkdə davam edir. Onun sözlərinə görə, ABŞ suveren demokratik ölkələrin ittifaqları seçmək hüququnu dəstəkləyir”.
Q.Rahmanın fikrincə, amerikalılar hesab edirlər ki, onların mövqeyi yerli prinsipin müdafiəsidir: “Amma Rusiya və Çinin gözlərində ABŞ-ın mövqeyi güc nümayişidir, prinsiplər haqqında bəyanatlar isə ikiüzlülükdür. Xatırladaq ki, ABŞ 1823-cü ildə Monro doktrinasını elan edilib. Amerika “Monro doktrinası” ilə Qərb yarımkürəsində kənar qüvvələrin “nüfuz sahəsi” yaratmasına imkan verməyəcəyini bəyan etdi”.
ABŞ bildirir ki, onun qlobal hərbi planları könüllü ittifaqlara əsaslanır. 2013-cü ildə dövlət katibi Con Kerri də bildirib ki, “Monro doktrinası”nın dövrü gedib.
“Bu ona oxşayır ki, keçmiş SSRİ-nin “Sinatra doktrinası"nda elan etdiyi kimi, ABŞ da bütün ölkələrin istədiyi yolla getməsinə icazə verəcək”, - siyasi müşahidəçi bildirib.
Qeyd edəki ki, “Sinatra doktrinası” 1989-cu ilin payızında Sovet İttifaqı tərəfindən elan edilən və SSRİ-dən asılı olan ölkələrin, o cümlədən Şərqi Avropa ölkələrinin nəyin bahasına olursa-olsun öz təsiri altında saxlamaqdan imtinanı nəzərdə tutan siyasi kursdur.
Ömər Dağlı
-
İdman22:04
"Qarabağ" finalda!
-
Hadisə21:49
Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi
-
Magazin121:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı