Qaraçuxur məscidinin yandırılması ilə bağlı saxlanılan var
Bizi izləyin

Qırmızı.az

Qaraçuxur məscidinin yandırılması ilə bağlı saxlanılan var

"Bu gecə ikinin yarısında 2 nəfər şəxs şüşəyə yandırıcı maddə töküblər. Sonra isə məscidin qapısını sındıraraq, alovu içəri atıblar".

Bunu Trend-ə açıqlmasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Siyavuş Heydərov deyib.


Onun sözlərinə görə, həmin şəxslər barəsində araşdırma aparılır: "Onları məscidə gətirən taksi sürücüsü saxlanılıb. Hazırda dindirilir. O, Gəncə şəhər sakinidir. Qaraçuxur qəsəbəsində yaşayır”.


S.Heydərov bildirib ki, Qaraxaçur məscidində şiələr də, sünnilər də həmişə rahat şəkildə ibadətlərini ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm