Əfv olacaqmı? - Sorğu
Bizi izləyin

İqtisadi gündəm

Əfv olacaqmı? - Sorğu

İnsan Hüquqları məsələləri üzrə birgə İşçi Qrupun üzvü, hüquq müdafiəçisi Novella Cəfəroğlu 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində əfv sərəncamının veriləcəyinə ümid edir.

N. Cəfəroğlu İşçi Qrupunun bu istiqamətdə çalışdığını deyib: “O cümlədən Hüquq Müdafiəçilərinin Monitorinq Qrupu əfv ərizəsi yazanların müraciətlərini incələyir. İntiqam Əliyevin səhhəti ilə əlaqədar tezliklə buraxılmasını istəyirik, NİDA-çılar, Rəsul Cəfərovun məsələsinə baxırıq”.

İşçi Qrup nəzdində yaradılmış katibliyin rəhbəri Sahib Məmmədov Publika.az-a açıqlamasında əfv sərəncamının ölkə başçısının müstəsna səlahiyyətinə aid olan məsələ olduğunu deyib: “Gözləmədiyimiz halda əfv sərəncamının şahidi olmuşuq. Prezidentin yanında Əfv Məsələləri Komissiyası da fəaliyyət göstərir. Komissiya mütəmadi daxil olan müraciətlərə baxır və öz tövsiyələrini verir. Heç kim əfv aktının olub-olmayacağını dəqiq deyə bilməz. Yalnız ehtimallar irəli sürmək mümkündür. İndiyədək olan əfv aktının bir çoxu Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsinə təsadüf edir. Ona görə də hüquq müdafiəçiləri dekabrın sonunda da belə bir əfv aktının olmasına ümid edirlər”.


Əfv Məsələləri Komissiyasının üzvü, deputat Bəxtiyar Əliyev isə Publika.az-a açıqlamasında Əfv Komissiyasının İşçi Qrup tərəfindən daxil olan müraciətlərə baxdığını bildirib: “Müzakirələr aparılır, sonda nəticə barədə ümumi rəyə gəlinir. İş mərhələ-mərhələ yekunlaşdıqca komissiya öz rəyini dövlət başçısına təqdim edir”.

Komissiya üzvü əlavə edib ki, əfv Azərbaycan Prezidentinin müstəsna səlahiyyətidir və dövlət başçısı öz qərarını sərəncam şəklində bəyan edir.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm