Türkiyə Papanın bu istəyini rədd etdi
Bizi izləyin

Dünya

Türkiyə Papanın bu istəyini rədd etdi

Noyabrın 28-30-u tarixlərində Türkiyə səfər edəcək Roma Papası Fransiskin “Fiat Albea” avtomobil istəyi Ankara tərəfindən rədd edilib.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Papanın tələbinin rədd edilməsinin səbəbi olaraq təhlükəsizlik tədbirləri göstərilib.

Papanın səfərində ilk dayanacaq Ankara olacaq. Atatürk mavzoleyinə baş çəkəcək Papa yeni prezident sarayının da ilk qonağı olacaq. Səfərin ikinci günündə isə İstanbulda olacaq Papa 7 min polis tərəfindən mühafizə olunacaq.

Papa xalqı salamlamaq üçün istifadə etdiyi üstü açıq “papamobil"i Türkiyəyə gətirməyəcək. Dövlət naziri statusunda qəbul edilən Papanın gəzdirilməsi üçün zirehli olmayan, ancaq lüks avtomobil veriləcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm