Koroğlu” körpüsündə növbəti intihar cəhdi - SƏBƏB- YENİLƏNİR
Bizi izləyin

Qırmızı.az

Koroğlu” körpüsündə növbəti intihar cəhdi - SƏBƏB- YENİLƏNİR

“Koroğlu” metrostansiyasının yaxınlığındakı asma körpüdə növbəti intihara cəhd hadisəsi baş verib. Musavat.com-un məlumatına görə, körpüyə çıxan bir nəfər kişi özünü atacağı ilə hədələyir.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri, polis əməkdaşları və təcili tibbi yardım briqadaları cəlb edilib. Körpüdə nəqliyyatın hərəkəti dayandırılıb.

APA-nın məlumatına görə, körpüdən özünü atmaq istəyən şəxs 1990-cı il təvəllüdlü Şahmarov Şəhriyar Müqəddim oğludur.

Hazırda intihar etmək istəyən şəxsi fikrindən daşındırmaq üçün danışıqlar aparılır.

Musavat.com-un hadisə yerində olan əməkdaşı 24 yaşlı gəncin intihara cəhdinin səbəbini dəqiqləşdirib. İlkin məlumata görə, Şəhriyar Şahmarov sevdiyi qızdan rədd cavabı alıb və körpüyə də bu səbəbdən çıxıb.

​Başqa bir məlumata görə isə, Şəhriyar Şahmarovun tanışına 6500 manat borcu var. Onun intiharının mümkün səbəblərindən biri də budur. O, asma körpünün yanına qardaşı ilə gəlib. Qardaşlardan biri körpüyə çıxıb, digəri isə əvvəlcədən razılaşdırıldığı kimi polisə xəbər verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm