Bakıda məscidi belə yandırdılar - Video
Bizi izləyin

Qırmızı.az

Bakıda məscidi belə yandırdılar - Video

Bakının Suraxanı rayonu Qaraçuxur qəsəbəsindəki məsciddə yanğın baş verməsi barədə məlumat vermişdik.

Virtualaz.org məscidin yandırılmasını əks etdirən videokadr əldə edib.

"Bu gecə 01:30-da 2 nəfər şəxs şüşə qaba yandırıcı maddə töküblər, sonra məscidin qapısını sındıraraq həmin şüşə qabı içəri atıblar".

Bunu "Trend"ə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Siyavuş Heydərov deyib.

Onun sözlərinə görə, həmin şəxslər barəsində araşdırma aparılır: "Onları məscidə gətirən taksi sürücüsü saxlanılıb. Hazırda dindirilir. O, Gəncə şəhər sakinidir. Qaraçuxur qəsəbəsində yaşayır”.

S.Heydərov bildirib ki, Qaraxaçur məscidində şiələr də, sünnilər də həmişə rahat şəkildə ibadətlərini ediblər.

Qeyd edək ki, "içində yandırıcı maddə olan qab" dedikdə söhbət "Molotov kokteyli"ndən gedir. Kütləvi iğtişaşlar zamanı və ya iğtişaş yaratmaq üçün ondan geniş istifadə olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm