Ukraynada nə qədər Rusiya hərbçisi var? – Rəsmi və qeyri-rəsmi
Bizi izləyin

Dünya

Ukraynada nə qədər Rusiya hərbçisi var? – Rəsmi və qeyri-rəsmi

Separatçıların nəzarət etdiyi Ukraynanın şərq regionlarında hazırda 7,5 min Rusiya hərbi qulluqçusu var.

Publika.az-ın “unian.net” saytına istinadənn verdiyi məlumata görə, bu barədə Ukrayna Milli Təhlükəsizlik Xidmətinin sədrinin köməkçisi Markiyan Lubkivski bildirib.

O, həmçinin qeyd etdi ki, Kiyev Ukrayna ərazisində, o cümlədən Donbas hövzəsi və Krımda Rusiyanın hərbi düşərgələrinin yerləşdiyi yerləri haqqında kifayət qədər informasiyaya malikdir.

Qeyri-rəsmi məlumatlar isə daha qorxuducudur. Ukrayna Hərbi-Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, “İnformasiya müqaviməti” qrupunun koordinatoru Dmitri Tımçuk bir müddət əvvəl bildirib ki, Donbas hövzəsində 15 min Rusiya muzdlusu və 12 min yerli döyüşçüdən ibarət 4 zərbə qruplaşması formalaşdırılıb.

Hərbi ekspertin sözlərinə görə, həmin zərbə qruplaşmaları Luqansk, Qorlovka-Donetsk, Volnovaxsk-Telmanovsk və Novoazovskdır. Zərbə qruplaşmalarının istifadəsində olan hərbi texnika və silah arsenalı da kifayət qədər böyükdür. D.Tımçuk qeyd edib ki, 110-115 tank, 250-280 ədəd BMP, BTR və MT-LB zirehli döyüş maşınları, 80-100 ədəd müxtəlif artilleriya sistemləri, təxminən 500 ədəd hərbi avtomobil nəqliyyatı zərbə qruplaşmalarının istifadəsindədir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm