Almaniyadan İŞİD qərarı: pasportların müddəti uzadıldı
Bizi izləyin

Dünya

Almaniyadan İŞİD qərarı: pasportların müddəti uzadıldı

Almaniya hökuməti İŞİD terror qruplaşmasına qatılan 550 vətəndaşından 60-nın həyatını itirməsindən sonra Suriya və İraqa gedənlərə maneə olmaq üçün hərəkətə keçdi.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, Almaniya Konstitusiyanın Mühafizəsi Təşkilatı İŞİD tərəfdarı vətəndaşların İraq və Suriyaya getməsinə maneə olmaq üçün şəxsiyyət vəsiqələrin müddətlərini 6 aylıq uzadıb.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatı yaydığı son hesabatında 80 ölkədən 15 min vətəndaşın İŞİD kimi təşkilatlara qatıldığını bildirib. İŞİD-ə qatılaraq həyatını itirən 60 adamdan 9-nun kamikadze kimi öldüyü bildirilir.

Bu cür qruplara pasport verilmədiyini açıqlayan Konstitusiyanın Mühafizəsi Təşkilatı hesab edir ki, şəxsiyyət vəsiqələrindəki məhdudlaşdırma ilə yeni səyahətlərə maneə mümkün olacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm