İdman
Azad Rəhimov fransalı həmkarını Azərbaycana dəvət edib
Fransada işgüzar səfərdə olan Azərbaycanın gənclər və
idman naziri Azad Rəhimov Parisdə bir sıra görüşlər
keçirib.
Publika.az AzərTAc-a istinadən verdiyi məlumata görə, Fransa
şəhər, gənclər və idman naziri Tierri Brayarla görüşdə son vaxtlar
ölkələrimiz arasında müxtəlif istiqamətlərdə, o cümlədən idman
sahəsində əməkdaşlığın inkişaf etdiyi qeyd olunub.
A.Rəhimov diqqətə çatdırıb ki, Azərbaycanın birinci xanımı
Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu ölkəmizin
tarixini, mədəniyyətini, incəsənətini fransızlara daha yaxından
tanıtmaq məqsədilə Parisdə və Fransanın digər regionlarında
tədbirlər keçirir. Vurğulanıb ki, Prezident İlham Əliyevin şəxsi
təşəbbüsü və qayğısı sayəsində Azərbaycanda idmanın inkişafına
xüsusi diqqət yetirilir, ölkəmizin bütün regionlarında müasir idman
kompleksləri inşa olunaraq istifadəyə verilir.
Azərbaycanın mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini
xatırladan A.Rəhimov ilk Avropa Oyunlarının 2015-ci ildə Bakıda
keçirilməsinin heç də təsadüfü olmadığını qeyd edib. Bildirilib ki,
ölkəmizin idman həyatında mühüm rol oynayacaq bu oyunların təşkilat
komitəsinə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva sədrlik
edir.
Fransalı nazir Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarına
ölkəsinin xüsusi önəm verdiyini deyib. O, hazırlıq işlərində
fransız şirkətlərinin iştirak etməsinin ölkələrimiz arasında
əlaqələrin inkişafının təzahürü olduğunu vurğulayıb.
Sonda Azad Rəhimov fransalı həmkarını Avropa Oyunlarında iştirak
etmək üçün ölkəmizə dəvət edib.
Fransa Milli Olimpiada və İdman Komitəsində keçirilən görüşdə
qurumun sədri Denis Masseglia Azərbaycana səfər etdiyini, ölkəmizlə
tanışlığın onda böyük təəssürat yaratdığını deyib, Azərbaycanın
2015-ci ildə keçiriləcək ilk Avropa Oyunlarına hazır olduğunu
diqqətə çatdırıb. Fransanın da bu oyunlara yüksək səviyyədə
hazırlaşdığını deyən sədr qeyd edib ki, ölkəsi Bakıda keçiriləcək
oyunlarda 350 idmançı ilə təmsil olunacaq.
Azərbaycanın gənclər və idman naziri, “Bakı-2015”in icraçı
direktoru Azad Rəhimov Avropa Oyunlarına hazırlıq işləri barədə
məlumat verərək bildirib ki, Avropa Oyunları idmanın 20 növü üzrə
keçiriləcək. Bu oyunlardan 16-nın olimpiya, dördünün isə qeyri
olimpiya oyunları olduğunu diqqətə çatdıran nazir 39 ölkənin
nümayəndəsinin Avropa Oyunları komitəsində çalışdığını
vurğuladı.
Görüşdə azərbaycanlı idmançıların yarışlarda iştirakından və
Avropa Oyunlarının keçiriləcəyi idman qurğularından bəhs edən film
nümayiş olunub.
Sonda Fransanın kütləvi informasiya vasitələrinin iştirakı ilə keçirilən mətbuat konfransında jurnalistlərin suallarına ətraflı cavab verilib.
-
Dünya14:08
Makronla Silvanın romantik pozaları gündəmi silkələdi - FOTO
-
Sosial13:47
Bu şəxslər pensiyaya 5 il erkən çıxacaq
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO
-
Sosial13:03
Sabah 25 dərəcə isti olacaq
-
Magazin112:31
Rəşad Dağlının oğluna görün nə hədiyyə etdilər - FOTO
-
İdman12:01
Corcina Ronaldodan geri qalmır: Görün nə oyun çıxardı - VİDEO
-
Nida Xəbər 11:31
Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia
-
MDB11:15
Putin bu ölkələrlə birlikdə yeni müharibəyə başlayacaq - Hədəf onlardır