Dünya
Rusiya Belarsudan ət məhsullarının idxalına qadğa qoydu
Belarusun 8 müəssisəsindən Rusiya bazarı üçün ərzaq məhsulunun tədarükünə tətbiq edilmiş qadağa qüvvəyə minib.
Publka.az-ın məlumatına görə, qadağa nəticəsində Belarusdan Rusiyaya idxal edilən ət məhsulunun demək olar kı bütün həcmi - təxminən 400 min ton ət - qadağa qərarının təsiri altına düşüb.
Rusiya nəzarət orqanı Belarusdan idxal edilən qida məhsullarının Rusiya və Gömrük İttifaqı standartlarına cavab vermədiyini qeyd edib. Nəzarət orqanı həmin məhsul növlərində zərərli mikroorqanizmlərin və antibiotiklərin aşkar edildiyini bildirib.
Ötən gün Minskdə Belarus Kənd Təssərrüfatı Nazirliyinin rəsmisi Aleksey Boqdanov Rusiyanın iddia etdiyi məlumatların təsdiqlənmədiyini qeyd edib.
"Biz məhsulumuzu 56 ölkəyə satırıq, qadağan olunmuş malların yerbəyer edilməsində problem olmayacaq", - Boqdanov bildirib.
Noyabr 24-dən Moskva Belarusun daha 10 iri müəssisəsindən Rusiya bazarı üçün ərzaq tədarükünü qadağan etmişdi.
Eyni zamanda Rusiya sərhədində Belarusdan gətirilən ərzaq məhsuluna nəzarət sərtləşdirilib. Baxmayaraq ki, Minskin də üzv olduğu Gömrük İttifaqı çərçivəsində sərhəd-gömrük yoxlamalarının sadələşdirilmiş qaydada həyata keçirilməsi nəzərdə tutulub.
Moskva bu cür tədbirləri Rusiyaya idxalı qadağan edilmiş ərzaq məhsulunun Belarus ərazisindən təkrar keçirmək cəhdləri ilə əsaslandırır.
-
MDB23:12
Rusiya müdafiə nazirinin müavini SAXLANILDI
-
İdman22:48
Son çempion boşanır: uşaqlıqdan başlayan nağıl bitir
-
Dünya21:36
Məşhur bloqer helikopterdən bir çanta pulu çimərliyə SƏPƏLƏDİ - VİDEO
-
Sosial21:24
Böyük ümidlərlə getmişdilər: ilk şəhidimizin məzarı tapılmadı - FOTO
-
Nəqliyyat19:48
Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı