Putin Poroşenkonu telefonda hələlədi – Şok iddia
Bizi izləyin

Dünya

Putin Poroşenkonu telefonda hələlədi – Şok iddia

Rusiyanın Ukraynadakı səfiri Mixail Zurabov Ukrayna Prezident Administrasiyasında olarkən Rusiya və Ukrayna prezidentləri arasındakı telefon söhbətlərindən birinin şahidi olub.

Publika.az xəbər verir ki, bu barədə “İnsider" nəşri şəxsi mənbələrə istinadən bildirir.

Dünən “Pyotr Poroşenkonun Bloku” (BPP) fraksiyasının iclasının tamamlanmasını gözləyən jurnalistlər də Prezident Administrasiyasından Rusiya səfiri Mixail Zurabovun çıxmasının şahidi olublar. Mənbə “İnsider”ə bildirib ki, səfirin iştirakı ilə Ukrayna prezidentinin Putinlə ağır danışıqları olub. Mənbənin sözlərinə görə, prezidentlərin söhbəti saatyarım davam edib. Poroşenko fraksiyanın iclasına narazı halda gəlib.

“Rusiya ilə problem var. Onlar hücuma başlayacağı barədə hədələyirlər və separatçı respublikaların tanınmasını, həmçinin NATO-da və Avropa Birliyində girişdən imtinanı tələb edirlər”, - nəşrin mənbəyi deyb.

Xatırladaq ki, bu, Rusiya prezidentinin Ukraynaya hərbi müdaxilə ilə bağlı ilk hədəsi deyil. Kreml lideri avqustun sonunda da onu Ukraynaya müdaxilədə ittiham edən Avropa liderlərini sərt tonda hədələmişdi.

Bu barədə isə İtaliyanın “La Repubblica” qəzeti Avropa Birliyi liderlərinin toplantısında gedən müzakirələrə istinadən yazmışdı. Müzakirələr zamanı Litva prezidenti Dalya Qribauskayte Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibənin həm də Avropaya qarşı müharibə olduğunu deyib. Almaniya kansleri Angela Merkel də Rusiyaya qarşı daha sərt sanksiyalara çağırıb, bildirib ki, Moskva ilə bütün danışıqlar cəhdi səmərəsiz qalıb. “Bizim diplomatik kanalların açıq qalması üçün göstərdiyimiz bütün səylərə baxmayaraq, Putin boş vədlər verib və Ukraynanın şərqində vəziyyəti daha da gərginləşdirməkdə davam edib”, - deyə Merkel bildirib.

Qəzetin yazdığına görə, bundan sonra Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu söz alıb və Putinin telefon söhbəti zamanı hansı təhdidlərlə çıxış etdiyini danışıb. Barrozu deyib ki, o, Putindən rus qoşunlarının Ukraynaya müdaxiləsi haqda soruşmağa cəhd edib. Lakin Rusiya prezidenti dərhal hədələməyə başlayıb və bildirib: “Problem ondadır ki, əgər mən Kiyevi almaq istəsəm, bunu cəmi iki həftəyə edərəm”.

Putinin Barrozu ilə telefon danışığı zamanı Kiyevi almaqla hədələdiyini “Financial Times” qəzetinə Avropa Birliyindəki yüksək rütbəli diplomatik mənbə də təsdiq edib. Mənbə deyib ki, Putin Barrozuya belə deyib: “Əgər mən doğrudan da Ukraynaya hücum etsəydim, Kiyevi iki həftəyə alardım”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm