Kürd partiyasından şok “erməni” təklifi: Ərdoğan üzr istəsin!
Bizi izləyin

Dünya

Kürd partiyasından şok “erməni” təklifi: Ərdoğan üzr istəsin!

Türkiyənin kürd partiyası olan Xalq Demokratik Partiyasının (HDP) İstanbul millət vəkili Sabahat Tuncel Türkiyə Böyük Millət Məclisinə qalmaqal yaradacaq bir qanun layihəsi təqdim edib.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, kürd millət vəkilinin təqdim etdiyi qanun layihəsində “erməni soyqırımı” üçün üzr istənilməsi yer alıb.

Qanun layhəsinə görə, prezident dövlət adına Türkiyə Böyük Millət Məclisində rəsmi olaraq üzr istəyəcək. Səhərisi gün isə respublika başçısı hadisənin baş verdiyi yerdə də üzr mətnini oxuyacaq.

Üzr istənildikdən sonrakı 1 il ərzində məsələ ilə bağlı Həqiqətlərin Araşdırılma Komissiyası qurulmalı, dövlətin əlindəki bütün arxivlər açılmalıdır. Qanun layihəsində maddi və mənəvi təzminat verilməsi ilə bağlı qanuni tənzimləmələr də nəzərdə tutulub. Təklifdə həmçinin hadisənin yaşandığı günün “Milli Yas" olaraq elan edilməsi də istənilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm