Rusiyadan 80 milyard dollar kompensasiya tələb olundu
Bizi izləyin

Dünya

Rusiyadan 80 milyard dollar kompensasiya tələb olundu

Ukrayna hökuməti zərərlərin kompensasiyası üçün Avropa İnsan Haqları Məhkəməsində Rusiyaya qarşı üç iddia qaldırıb”.

Publika.az-ın “censor.net.ua” saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna baş naziri Arseniy Yasenyuk “Facebook” səhifəsində yazıb.

Ukraynanın üç iddia üzrə Rusiyadan tələb etdiyi kompensasiyanın məbləği bir trilyon qrivnadır (təxminən 80 milyard dollar). Baş nazir həmçinin bildirib ki, Avropa Məhkəməsində "Terrorizmlə mübarizə haqqında" Konvensiyanın pozulması üzrə Rusiyanın məsuliyyətə cəlb edilməsi proseduru başlayıb.

“Rusiya Federasiyası Ukraynada terrorizmi maliyyələşdirir, terrorçuları dəstəkləyir və "Terrorizmlə mübarizə haqqında" Konvensiyanı pozur", - baş nazir vurğulayıb.

Qeyd edək ki, hazırda Avropa İnsan Haqları Məhkəməsində Donbas hövzəsi və Krım üzrə 160-dan çox işə baxılır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm