Ankara İŞİD-lə bağlı iddiaları təkzib etdi
Bizi izləyin

Dünya

Ankara İŞİD-lə bağlı iddiaları təkzib etdi

Türkiyənin Rusiyadakı səfiri Ümüd Yardım İŞİD terror qruplaşmasının Türkiyədə təlim bazalarının olması barədə iddiaları təkzib edb.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, səfir Suriya və İraqa Türkiyə ərazisi vasitəsilə döyüşçülərin qeyri-leqal yerdəyişməsi imkanını da istisna etməyib.

"Türkiyə çox açıq və liberal ölkədir. Hər kəs Türkiyəyə gələ və istənilən şəhərə baş çəkə bilər. Amma heç kəs Türkiyə ərazisində İŞİD-in təlim bazalarının olması barədə iddiaları sübut etməyi bacarmayıb”, - səfir vurğulayıb.

Səfir həmçinin qeyd edib ki, İŞİD xarici dəstəyə malik olsa da, onun mövcudluğunun əsas səbəbi Suriya və İraq daxilindədir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm