Nida.az
Moskva və Tiflis Azərbaycan qumarbazları uğrunda müharibəyə başlayır – ŞOK
On il öncə Rusiyanın Soçi şəhəri Qara dənizin adi kurort zonalarından biri idi. Lakin Qış Olimpiada Oyunlarına hazırlıq prosesində mənzərə dəyişdi və hazırda bu şəhəri Rusiyanın Monte-Karlosu hesab etmək olar.
Publika.az xəbər verir ki, ABŞ-ın “EurasiaNet”
saytı regionda qumardan əldə edilən maliyyə uğrunda savaşdan və
Rusiya ilə Gürcüstan kazinolarının azərbaycanlı qumarbazlara görə
qarşı-qarşıya dayandıqlarından yazıb.
Rusiya hökuməti 2009-cu ildə kazinoların məhdudlaşdırılması üçün
sərt qanunlar qəbul etdi. Bu, qonşu Gürcüstan üçün sərfəli oldu.
Gürcüstan kazinolara azadlıq verərək xeyli sərmayə əldə edə bildi.
Xüsusilə Azərbaycan və Türkiyədə kazinoların qadağan olunması bu
ölkələrin qumar həvəskarlarının Tiflisə üz tutmasına səbəb oldu.
Lakin kazinoların Gürcüstan iqtisadiyyatına nəzərəçarpan töhfəni
verəndə Rusiya yenidən kazino biznesinə imkanlar açmağa
başlayıb.
Krımı ilhaq edən Rusiya kazino biznesini burda genişləndirmək qərarında idi. Rusiyalı məmurlar kazinoların açılmasını iqtisadi çətinliyi olan yarımada əhalisi üçün yeni iş yerləri olaraq görürdülər. Lakin Soçidə də kazinoların açılması qərarı gözlənilməz oldu. “Qırımızı tarla” ASC 92 faizi dövlət mülkiyyəti olmaqla kazino açılmasına lisenziyasını aldı. Vladimir Putin əvvəlcə buna qarşı olsa da, sonradan fikrini dəyişdi və iyulda fərman imzaladı.
Soçidə kazinoların açılmasına start verilməsi Gürcüstan bazarı
üçün əsas təhdid hesab olunur və artıq indidən gürcü “qumar
oynadanlar” narahatdırlar.
Ötən il Gürcüstan parlamentinin deputatları kazinoya qarşı çıxanda
ölkə üçün əsl təhdid yaranmışdı. Qumara qarşı ölkənin əsas söz
sahiblərindən olan Pravoslav kilsəsi də çıxırdı. Lakin sonda
parlament kazinolardan gələn vergilərin büdcə üçün əhəmiyyətini
anlayaraq bundan vaz keçdi. Misal üçün ötən il qumar biznesindən 60
milyon vergi daxil olub. Bu ümumi büdcənin 2 faizi deməkdir. Yerli
qumar biznesinin son 9 ildə əsas paytaxtlarından biri Soçidən 370
kilometr uzaqlıqda yerləşən Batumi təşkil edir. Hər il burdakı
kazinolardan 2,84 milyon dollar pul təkcə “sandıq başı” olaraq
toplanır. Dövlət kazino açanlara 10 il lisenziya pulu ödəməmək
şəraiti yaradıb. Batumidə hazırda 5 kazino hər gün işləyir. Yaxın
müddətdə daha ikisinin açılması gözlənilir.
“EurasiaNet” qeyd edir ki, Rusiya kazinoları ilə Gürcüstan
kazinolarının müştəri uğrunda mübarizəsi genişlənib. Bu müştərilər
isə əsasən azərbaycanlılar və türklərdir.
“Sheraton” mehmanxanasında yerləşən “Peace” kazinosunun maliyyə
direktoru Mehmet Esen Rusiyanın kazinoların açılması haqda
qərarından narahat deyil.
“Ruslar Gürcüstana gələn qonaqların çox kiçik hissəsini təşkil
edir. Bizim əsas müştərilərimiz azərbaycanlılar və türklərdir.
İrandan gələn qonaqlarımız da olur. Rusiya varlıları isə Makaoya və
Monte-Karloya gedirlər. Digər tərəfdən, Rusiyada kazino sənayesi
pis tənzimlənir və daha çox kriminal aləmlə bağlılığı var”, - deyə
o bildirib.
Lakin bütün dünyada kazino şəbəkəsi olan “Princess Casinos
International” şirkətinin direktoru Mustafa Yılmaz nəşrə
açıqlamasında Soçi kazinolarının Gürcüstan kazinolarına alternativ
ola biləcəyini deyib: “Soçi Azərbaycan və Türkiyədən gələn
potensial müştəriləri özünə çəkə bilər. Türklər Rusiyada vizasız 30
gün qala bilərlər. Azərbaycanlılar üçünsə bu müddət 90 gündür.
Bundan başqa, Batumi yalnız yayda bir neçə aylığına turistləri
qəbul edir. Soçi isə turistlər üçün həm yay, həm də qışda açıqdır.
Lakin Soçidə hələlik qumar biznesinin dəqiq inkişaf strategiyası
yoxdur. Buna görə də hələlik investorlar bu haqda düşünürlər.
Həmçinin, verginin və lisenziya pulunun məbləği dəqiq
bilinmir”.
Tiflisdə “Adjar” kazinosunu idarə edən İan Livinqston hər şeyi
Soçinin inkişafı ilə bağlayır. Onun sözlərinə görə, bu şəhər kiçik
Las-Veqas olacaqsa, o zaman gürcü kazinolar üçün çətinlik
yaranacaq.
Asif Nərimanlı
-
Dünya14:08
Makronla Silvanın romantik pozaları gündəmi silkələdi - FOTO
-
Sosial13:47
Bu şəxslər pensiyaya 5 il erkən çıxacaq
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO
-
Sosial13:03
Sabah 25 dərəcə isti olacaq
-
Magazin112:31
Rəşad Dağlının oğluna görün nə hədiyyə etdilər - FOTO
-
İdman12:01
Corcina Ronaldodan geri qalmır: Görün nə oyun çıxardı - VİDEO
-
Nida Xəbər 11:31
Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia
-
MDB11:15
Putin bu ölkələrlə birlikdə yeni müharibəyə başlayacaq - Hədəf onlardır