“Onlar olmasaydı, İŞİD bu gün Kərkükü işğal edəcəkdi” – Özəl
Bizi izləyin

Nida.az

“Onlar olmasaydı, İŞİD bu gün Kərkükü işğal edəcəkdi” – Özəl

“Dünən gecə İŞİD qüvvələri üç cəbhədən Kərkükə hücum edib”.


Bu barədə Publika.az-a Kərkükdən olan türkman jurnalist Özdəmir Hürmüzlü deyib.


Onun sözlərinə görə, Kərkükün 16 kilometrliyində yerləşən Şimal Qaz Şirkətinin 2 kilometrliyinə qədər İŞİD-in irəliləməsi şirkətdə işin dayandırılmasına səbəb olub: “Əgər oradakı ana boru xətti zədələnərsə, bu, Kərkük üçün atom bombası effektini yaradacaq. İŞİD hücumundan sonra Kərkükün elektrik enerjisinin əksəriyyətini təmin edən Molla Abdullah elektrik stansiyasının fəaliyyəti dayandırılıb. Bölgədə qarşıdurma davam edir. Yayılan məlumatlara görə, Kərkükdəki xəstəxanalara çoxlu sayda yaralılar gətirilib”.


O. Hürmüzlü əlavə edib ki, ABŞ tərəfindən yaradılan koalisiya qüvvələri bu gün səhər saat 6:00-dan başlayaraq İŞİD cəbhələrini bombalamağa başlayıb.


“Hücumlarla bağlı rəsmi məlumatların olmaması Kərkük əhalisinin narahatlığına səbəb olub. İddialara görə, koalision qüvvələri hücum etməsəydi, Kərkük İŞİD tərəfindən işğal ediləcəkdi”, - deyə o bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm