Rusiya alimlərindən şok iddia: “Lomonosov I Pyotrun oğludur”
Bizi izləyin

Gizli tarix

Rusiya alimlərindən şok iddia: “Lomonosov I Pyotrun oğludur”

Mixail Lomonosov Rusiya elmi üçün monumental fiqura çevrilib. Bu məhşur şəxsiyyət hələ gəncliyindən qeyri-adi və fitri istedadı ilə ətrafdakı insanlardan seçilirdi. Lomonosov dahi şəxsiyyət idi. Hələ sağlığında onun taleyi barədə bir çox suallar ortaya çıxırdı.

Mixail Lomonosov cəmi 54 il yaşadı. Onun öümündən sonra bu böyük insan və onun fitri istedadı barədə ildırım surəti ilə yayılan şayiə və əfsanələr dolaşmağa başladı.

Dəqiq doğum tarixi barədə mübahisələr

Mixail Vasilyeviç Lomonosovun dəqiq doğum tarixini hələ də heç kəs bilmir. Böyük rus aliminin həyat və fəaliyyətinin araşdırması ilə məşğul olan tədqiqatçılar arasında alimin dəqiq doğum tarixi barədə müxtəlif ixtilaflar var. Bir qisim alimlərin fikrinə və iddiasına görə, Mixail 1711-ci ildə noyabrın 8-də dünyaya gəlib. Digər qrup alimlər isə iddia edirlər ki, bu iddia uydurmadır. 1911-ci ildə böyük alimin iki yüz illik yubileyi keçirilib. Bu səbəbdən də, onun 1711-ci ildə doğulduğu iddia edilir. Amma bir iddiaya görə, 1711-ci ildə artıq Lomonosovun, ən azı, üç yaşı olub. Mübahisələr dahi şəxsiyyətin təkcə doğum tarixi ilə bağlı deyil. Elmi və elmə yaxın dairələrdə bir çox illər belə bir ideya hökm sürüb ki, Mixail Lomonosovun atası, Arxangelsk şəhərinin Xolmoqor rayonu, Mişaninsk kəndindən olan adi balıqçı olmayıb.

Alimlər iddia edirlər ki, Lomonosovun atası adi Mişanins kəndinin adi balıqçısı yox, Rusiyanın fəxri, dövlət xadimi, sərkərdə Böyük Pyotrdur. Bu səbəbdən Mixail Lomonosov Vasilyeviç yox, Petroviç soyadını daşımalıdır. Amma alimlərin bunu birbaşa sübut edən faktları yoxdur. Bu şayiələr də, yəqin ki, əsassız yaranmayıb. Məsələ burasındadır ki, Rusiya imperatoru Böyük Pyotr həmin illərdə, həqiqətən də, Xolmoqor yaxınlığında yaşayıb. O, bu illərdə Arxangelskdə gəmi tərsanələrində işləyib. Amma rəsmi mənbələrin verdiyi məlumata əsasən, çar Pyotr bu yerlərdə sonuncu dəfə 1702-ci ildə olub. Bu məlumat isə Mixail Vasilyeviçin doğum tarixi ilə qətiyyən uyğun gəlmir. Çünki ən azından, alimin doğum tarixini 1702-1703-cü il götürsək, deməli, 1711-ci ildə onun, heç olmasa, səkkiz yaşı olub. Bəlkə, Böyük Pyotr bu kəndə qeyri-rəsmi səfər edib? Bəlkə, bu barədə saray tarixçiləri qeydiyyat aparmayıblar? Bu versiya da, yumşaq söyləsək, sadəcə, nağıla bənzəyir. Çünki çarın bütün işlərini paytaxtda tərk edərək, Mişanindən olan kəndli qadını bəyəndiyi üçün hansısa şimal kəndinə səfər etməsi inanılmazdır. Mixail Lomonosovun da 1711-ci ildə yox, 1703-cü ildə anadan olduğunu sübut edən ikinci versiya da tamamilə absurddur. İyirmi yaşlı cavan oğlanı məgər on yaşlı uşaqdan ayırmaq bu qədər çətindir?

Böyük alimin əsl atası kimdir?

Amma növbəti illərdə Mixail Vasilyeviçin həyatında elə hadisələr baş verdi ki, bunlar istər-istəməz onun, həqiqətən də, çar Böyük Pyotrun oğlu olduğu barədə düşüncələr yarandı. Çünki necə ola bilərdi ki, iyirmi yaşı yenicə tamam olmuş adi kəndli oğlu birdən-birə Spass məktəbinin həqiqi dinləyicisinə çevrildi? Həmin dövrlərdə ali məktəblərə daxil olanlar arasında bərabərliyin olması mümkünsüz idi. Bu fakt hamıya məlumdur. Bu səbəbdən də, monarxiyanın çiçəklədiyi bir dövrdə, XVIII əsrin Rusiyasında kəndli balalarının hüquqlarından söhbət belə gedə bilməzdi. Məgər onlardan kimsə Slavyan-yunan-latın akademiyasında təhsil ala bilərdi? Kəndlilərdən heç biri ali məktəbdə təhsil ala bilməzdi. Çünki 1723-cü ildə verilən bir fərmana əsasən, bütün kəndlilərə təhsil almaq qadağan edilmişdi. Bu səbəbdən də, yuxarıda yazılan faktların həqiqətən də Mixail Vasilyeviç Lomonosovun rəsmi bioqrafiyasında yer aldığına inanmaq kifayət qədər çətindir. Rəsmi məlumatlara görə, Lomonosov Moskvaya balıqçı kirşəsində gəlib. Spass məktəbinə o, özbaşına daxil olub. Çünki kifayət qədər bilikli və böyük istedada malik idi. Mixail məktəbə özünü sahilyanı rahiblərindən birinin oğlu kimi təqdim edir. Çünki hamıya məlumdur ki, o dövrdə müəyyən qaydalar mövcud idi. Bu səbəbdən həmin rəsmi məlaumatlara inanmaq çox çətindir. Məsələn, təsəvvür edin ki, günümüzdə istənilən cavan adam Moskvaya gedə və ali məktəbə sənəd verə bilər. Amma sənəd verdiyi zaman orta məktəbi bitirməsi haqqında şəhadətnamə və qəbul imtahanlarında topladığı yüksək bal olmasa, ali məktəbə daxil olmaq, orada təhsil almaq mümkündürmü? Buna görə də, XVIII əsr də olsa, məktəb idarəçilərinin hamının sözünə inanmasına, cavan tələbələrin, sadəcə, "filankəsin oğluyam" deməsinə inanması gülüncdür. Əgər Mixail rahib olduğunu söyləmişdisə, o, məktəbə fəxri fərman təqdim etməli idi. Bir də, nəzərə almaq lazımdır ki, Lomonosov akademiyaya ancaq bu hallarda qəbul edilə bilərdi:

  1. Adi şəraitdə. Bu hadisə o zaman ola bilərdi ki, əgər cavan oğlan istedadını hansısa professor qarşısında nümayiş etdirəydi. Amma alimin rəsmi bioqrafiyasında bu fakt barədə heç bir məlumata rast gəlmək mümkün deyil.
  2. Kifayət qədər səlahiyyətli şəxslərdən biri cavan oğlana kömək edə bilərdi. Bəzi məlumatlara görə, bu şəxs professor Feofan Prokopoviç idi. Amma bu hadisənin niyə baş verdiyi, Feofanın niyə adi kəndli balasına kömək etməsi heç də anlaşılan, məntiqəuyğun bir məsələ deyil.
  3. Rüşvət. Amma kifayət qədər etibarlı mənbələrin verdiyi məlumata görə, Mixail paytaxta, demək olar ki, pulsuz gəlmişdi. Çünki o, atasının razılığını almamışdı və buna görə də evdən pulsuz çıxmışdı. Onun atası isə kasıb kişi deyildi.
  4. Bundan başqa nəzərdən keçirilən bir variant da var. Bu versiyaya görə, Lomonosov, həqiqətən də, zadəgan soyundan gəlirdi və adi kəndli deyildi.

Qədim hərflər

Bundan əlavə, Mixail Lomonosovun həyatını tədqiq edən alimlər bir şeyi anlaya bilmirlər: necə ola bilərdi ki, adi balıqçı (alimin atası nəzərdə tutulur) bir neçə il ərzində Sahilyanı vilayətin ən varlı adamına çevrildi? Vasili Lomonosov torpaq payına sahib idi. Bu, Rusiyada təhkimçilik hüququ ləğv edildikdən sonra kəndli ailələrinə verilən kiçik pay torpağı idi. Bundan başqa, onun böyük balıqçı gəmisi də var idi. Bu gəmidə Vasili və oglu Mixail balıq ovuna çıxırdılar.

Bir qrup insanın bu məsələ ilə bağlı öz təsəvvürləri var. Bir fikrə görə, guya vaxtilə Vasilinin həyat yoldaşı hamilə olanda, dəniz cadugərləri onun yanına gəliblər. Onlar balıqçıya bir futlyar veriblər. Futlyarın içində üzərində qədim hərflər olan paltar olub. Vasilinin evinə gələn adamlar bildiriblər ki, bu qədim hərfləri ancaq onun gələcək oğlu oxuya bilər. Bundan başqa, onlar bir neçə kisə qızıl hədiyyə gətirib, Mixailin atasına veriblər. Əldə etdiyi qızıl ilə Vasili böyük balıqçı gəmisi alıb və komanda üçün heyət yığıb. Bundan başqa, Vasili böyük torpaq sahələri əldə edib. Pulun bir hissəsi isə, onun oğlunun Moskvada təhsili üçün xərclənib. Bu versiyanı irəli sürən alimlər əmindirlər ki, Mixaili paytaxta təhsil almaq üçün məhz atası göndərib. Bundan başqa, Vasili oğlunun müxtəlif elmlər öyrənməsinə heç vaxt mane olmayıb.

İndi isə, az da olsa, Vasili Lomonosovun oğlu üçün gətirlmiş qədim hərflər barədə danışaq. Tədqiqatçıların iddiasına görə, bu hərflər Yer kürəsindən silinmiş Hiperboreylər dövlətindən qalma yazılardır. Bu hadisə 9 min il öncə baş verib. Bu yazıların sirrinin açılması Böyük Pyotr tərəfindən Mixailə tapşırıldı. Bu versiyanın çox fantastik görünsə də, bununla belə Mixail Vasilyeviçin ali məktəbə daxil olma sirrinin üzərinə işıq saçdığı da maraq doğurur. Bundan başqa, kəndli balasının hansı səbəbdən elmlərə yiyələnmək və elmlə məşğul olma istəyi daha aydın bilinir. Mixail atasının başladığı işi davam etdirə bilərdi. Vasili kifayət qədər böyük məbləğ əldə etmişdi və Mixailə bunu xərcləmək və artırmaq üçün elmi baza lazım deyildi. Amma bizə məlum olduğu kimi, Mixail uşaq yaşlarından elmə doğru can atırdı. Adi balıqçı oğlunda elmə qarşı bu boyda maraq və həvəs haradan yaranmışdı? Mixailin sözlərinə görə, Smotriskinin "Qrammatika" və Maqniskinin "Cəbr" kitabları universitetdə onun ən sevimli kitablarına çevrilmişdi.

Ali məktəbdə təhsil

Mixail Vasilyeviç Lomonosovun bioqrafiyasında ali məktəbə daxil olduğu və əla təhsil aldığı illərlə bağlı sirlər və müəmmalar bitmək bilmir. Onun qəfildən Peterburqda peyda olması hər kəs üçün gözlənilməz oldu. Məhz bu şəhərdə Mixailin sonrakı taleyi həll olundu: o, Almaniya universitetində təhsilini davam etdirmək şansı əldə edən ən uğurlu üç namizəddən birinə çevrildi. Yenə də, Lomonosovun rəsmi bioqrafiyasına baxdıqda, akademiyada gəncin hansı soya mənsub olduğu ilə heç kəsin maraqlanmaması tapmaca kimi görünür. Çünki Almaniyaya yola düşmədən əvvəl gənc tələbə alman dilində heç bir söz də bilmirdi!..

Bu təhsil ocağı nə qədər ali müəssisə olsa da, Akademiyada liberalizmin olduğuna inanmaq qeyri-mümkündür. Hətta düşünsək ki, ali məktəbə daxil olarkən Mixailin əsil-nəcabəti ilə heç kəs maraqlanmadı və bu, heç bir əhəmiyyət kəsb etmirdi. Amma o dövrün Rusiyasında bu, heç bir vəchlə mümkün deyildi. Lomonosovun Rusiya tarixində çox böyük rolu var və onu kiçiltmək, azaltmaq olmaz. Amma belə bir sual ortaya çıxır ki, Mixail Almaniyadan qayıtdıqdan sonra keçən 150 il ərizində niyə heç bir tələbəyə hansısa bir elm sahəsində özünü sübut etmək müyəssər olmadı? Ağla gələn ilk fikir budur ki, Lomonosov ya Böyük Pyotrun himayəsi altında olub, ya da uğurlu ulduz altında dünyaya gəlib və bu ulduz ömür boyu onun yoluna işıq saçaraq, işlərində müvəffəqiyyət əldə etməyinə vasitəçi olub. Axı Mixail uşaqlıqda balıqçı qəsəbələri və Ağ dənizdən başqa heç nə görməyib. Lomonosov çox yaraşıqlı və fiziki cəhətdən güclü idi. Amma Rusiyada ondan dəfələrlə yaraşıqlı insanlar var idi və Lomonosovun əldə etdiyi uğurları qazanmaq heç kəsə nəsib olmadı. Almaniya universitetində təhsil aldığı dövrdə Mixail Lomonosov onu seçilmiş tələbələrlə təhsilə dəvət edən professorla dalaşıb. Söylənilənlərə görə, Lomonosov professor Henkellə təkcə dalaşmayıb, mübahisə əlbayaxa döyüşə çevrilib. Professor baş vermiş xoşagəlməz insidentlə bağlı Rusiyaya məlumat verməli olub. Onun verdiyi məlumata görə, tələbə müəllimə qarşı hörmətsizlik edir və ağzına gələni danışırmış. O dövrdə belə bir hadisəyə görə, istənilən tələbə nəinki təhsil ocağından qovulardı, hətta katorqaya da sürgün edilə bilərdi. Professor çox gözləsə də, Rusiyadan heç bir ciddi cavab gəlməyib. Bu isə, yenə də Lomonosovun güclü hamisinin olduğunu sübut edir.

Böyük alim vətənə qayıdır

Mixail Vasilyeviç 1741-ci ildə təhsilini başa vuraraq Rusiyaya qayıdır. 14 il sonra o, Moskvada universitet açaraq, fəaliyyətə başlayır. Alimin ətrafına onun fikrini dəstəkləyən insanlar toplaşmışdı. Tərəfdaşları ilə birlikdə Lomonosov hiperborey yazıları və qədim sivilizasiyanın bütün sirlərini çözmək üçün işə başlayır. Onun açdığı universitet bu gün də onun adını daşıyır. Mixail Vasilyeviç demək olar ki, elmin bütün sahələrində ad qazanıb. Molekulyar-kinetik nəzəriyyə ideyası ona məxsusdur və fiziki kimya teoriyasını o icad edib. Lomonosov kimyəvi eksperimentlərlə və mineraloji tədqiqatlarla məşğul olub. Venera planetinin atmosferi və civənin metallik xüsusiyyəti Mixail Vasilyeviç tərəfindən kəşf edilib. Alimi meteorologiya və metalların keçirilicik qabiliyyəti maraqlandırırdı.

Coğrafi atlası Lomonosov tərtib edib. Rus dilçilik elminin də inkişafına Lomonosov öz töhvələrini verib. Onun məhşur mədhiyyə və qəsidələri bu gün də ritorika üslubunda örnək hesab edilir və yaşadığı dövr üçün də səciyyəvi sayılırdı.

Bəzilərinin fikrincə, Mixail Lomonosov riyaziyyat sahəsində tamamilə savadsız olduğundaan heç bir kəşfə imza atmayıb. Bu mövzuda çox mübahisə etmək olar. Amma Lomonosovun Rusiya tarixində böyük yerə sahib olduğu şübhəsizdir. Onun çox istedadlı və eyni zamanda çox uğurlu alim olduğunu hər kəs bilir və qəbul edir.

Mixail Lomonosovun müəmmalı ölümü

Alimə aid olan müəmmalardan biri də onun ölümü ilə bağlıdır. Mixail Vasilyeviç heç 54 yaşına da çatmadı. Bu məsələdə də bir çoxları müəmma axtarırlar. Sağlam kənd kişisi belə tezliklə dünyasını dəyişə bilməzdi! Tarixçilər tez-tez belə bir fikir yürüdürlər ki, guya çox tez karyera pilləsində yüksəldiyi üçün Lomonosovu zəhərləyiblər. Bundan başqa, ayrı bir versiya da səslənir. Bu versiyaya görə isə, Hiperborey ölkəsinə məxsus qədim və qəribə yazıların açmasını ala bilməyən cadugərlər alimi lənətləyiblər.

Nəzərə almaq lazımdır ki, istənilən tanınmış şəxsiyyət və fiqur ətrafında kifayət qədər sirr dolaşır. Lomonosov da istisna deyil. Amma əsas olan Lomonosovun irsidir. Növbəti yazılarımızda da dünya tarixinin önəmli şəxsiyyətlərinin həyatı ilə bağlı sirr və müəmmalara toxunub aydınlıq gətirməyə çalışacağıq.

Hikmət Həsənov


Oxumağa davam et
Reklam
Reklam

Gündəm