Azərbaycanlı stilist: “Məni hədələdi ki, necə yəni, toy olacaq, seks olmayacaq...”
Bizi izləyin

Tabloid.az

Azərbaycanlı stilist: “Məni hədələdi ki, necə yəni, toy olacaq, seks olmayacaq...”

Bir neçə ay bundan əvvəl el adəti ilə Bakıdan Londondakı sevgilisinə nişan aparıb, üzük taxan tanınmış stilist Samiraldonun dekabra vəd verdiyi toydan hələ ki səs-səmir yoxdur.

Olmaya, Samiraldo özünə gizlincə toy edib?…

Stilistin özünü tapıb, suallarımızı ünvanladıq.

- Samiraldo, deyirdin ki, toy olacaq, bəs nə vədə, nə vədə toy olacaq?

- Toy baş tutmayacaq. Neçə vaxtdır buna görə depressiya içindəyəm. Çox fikirləşdim, çox düşünüb-daşındım. Gördüm ki, evlilik həyatı mənim üçün deyil. Mən bu dünyaya tək gəlmişəm, hər zaman da özümü tənha hiss edirəm. O qızı Bakıya gəlin gətirib, özümə həyat yoldaşı etsəydim də belə, yenə də özümü tənha hiss edəcəkdim. Buna görə də nişanı qaytardım.

- Əvvəldən xasiyyətini bilmirdin ki? Bunu bilə-bilə ki, evlilik həyatı sənlik deyil, o yazıq qızın bir adını niyə iki edirdin?

- Uşağa görə. Fikirləşdim ki, təbabətin köməyi ilə bir uşağımız dünyaya gələr. Gələcəkdə özümü tənha hiss etmərəm. Gördüm ki, yox e, xeyri yoxdur. Onsuz da mənim heç bir qadına sevgim yoxdur. Bu sevgi hissi məndə yoxdursa, bu hissi yaşaya bilmirəmsə, dünyaya uşaq gəlsə də, mənim həyatımda heç nə dəyişməyəcək. Mən özümü tək-tənha daha rahat hiss edirəm. Psixoloq yanına getdim və onunla məsləhətləşdim. O, mənə başa saldı ki, Samir, sən evlənsən də, uşaq sahibi olsan da, heç nə dəyişməyəcək. Onsuz da sən sevgi hissinin nə olduğunu bilmirsən. Uşaqlıqdan bu hissi yaşamamısan və tənhalığı özünə yoldaş seçmisən. Mən oturub fikirləşdim və gördüm ki, psixoloqun sözlərində həqiqət var.

- Bəs üzüyü necə qaytardın?

- Mən noyabrda qızın yanına – Londona getdim. Aramızda böyük bir dava-mərəkə oldu. Anası məni az qala evdən qovdu. Açıq şəkildə bildirdi ki, mən sənə qızımı verməyəcəyəm.

- Niyə?

- Səbəbini demək istəmirəm. Elə şeylər var ki, mən onu heç kimə açıb deyə bilmirəm. Çünki istəmirəm bu məsələyə görə yenə mətbuatda üstümə düşsünlər. Güclə özümə gəlmişəm. Dedim axı, depressiyaya düşdüm, psixoloq yanına getdim.

- Belə çıxır ki, üzüyü sən yox, qız qaytarıb. Daha doğrusu, qızın anası… Bəlkə, sənin stilin, geyimin, ya nəsə qızın xoşuna gəlməyib?

- Yox, yox, keçmiş nişanlım Avropa düşüncəsində olan adamdır. Əslində, səbəbi demək istəmirəm.

- Sən ki səmimi insansan, həmişə sözün düzünü demisən…

- Sözün düzünü desəm, qız müasir düşüncəli olsa da, anası bizim mühafizəkar azərbaycanlı qadınlardan beşbetərdi. Dedi-qoduya inanan bir qadındır.

- Yəni oriyentasiya məsələsi-filan, onun xoşuna gəlmədi?

- Əslində, aranı qızışdıran mətbuat oldu. Mətbuata açıqlama vermişdim axı ki, biz evlənsək də, toy olacaq, amma aramızda seks olmayacaq. Qızın anasının qulağına çatmışdı bu sözlər. Arvad əsəbindən dəli olmuşdu. Elə buna görə də məni Bakıdan Londona çağırtdırmışdı. O söhbətdən sonra arvadın üzü döndü, mənə ağzına gələni dedi. Qayıtdı ki, niyə qızımı mətbuatda biabır etmisən, sirlərinizi açıb-tökmüsünüz. Niyə el-aləm bilməliydi ki, sizin aranızda yataq münasibətləri olacaq, ya olmayacaq. Uzun söhbətdir e, yadıma salmaq istəmirəm.

- Bəs qız nə dedi?

- Nə deyəcək, anasının tərəfini tutdu. Dedi ki, anam haqlıdır, səninlə mənim aramda olan gizlinləri niyə camaata yaymısan? Əslində, düz deyir, mən gərək bu barədə açıqlama verməyəydim.

- Bu da bizim avropalı qızımız…

- Necə olsa, harada yaşasa da, azərbaycanlıdır axı. Qan öz sözünü deyir. Əslində, mən onunla azərbaycanlı olduğuna görə nişanlanmışdım. Avropalıya qalsa, nə problemdir ki, evlənərdim də.

- İndi qızdan xəbərin yoxdur?

- Anası ilə “Skype”-la dınışmışıq. Mənə deyir ki, qızımın başqa adamı var. Soruşdum ki, bunu məndən niyə gizlətmisiniz, elə adamı varıydısa, qabaqcadan deyəydiniz, mən də işimi bilərdim. Yoxsa ki, burdan xərc çəkib Londona nişan aparmışam. Əslində, mən ona çox inanırdım. Çünki uşaqlığımızdan bir-birimizi tanıyırdıq. İkimiz də yaşıdıq, onun da 37 yaşı var. Fikirləşdim ki, məni tanıyır, necə olduğumu bilir, yaxşı yola gedərik. İkimiz də uşaq arzusunda idik. Amma səhvimiz burda oldu ki, oturub düz-əməlli düşünüb-daşınmadıq.

- Bəlkə, özünə başqa qız tapasan? Qızdan çox qız…

- Yox, hər kəsin bir taleyi var. Mənim də taleyim belə yazılıb. Allah mənə belə qismət yazıbsa, mən kiməm ki? Buna görə mən pis olmuram. Nə olsun ki, mən çox şey istəyirəm. İstəyirəm on beş evim, 20 maşınım olsun. Amma arzulamaqla deyil axı, gərək Allah bunu sənə qismət eləsin. Allah mənə hər şey verib əslində. Mən özümü tək-tənha çox xoşbəxt hiss edirəm. Mən sənə də bir dəfə demişdim ki, ailə qursam da, xanımımla bir yerdə yaşamayacağam. Çünki mən sevginin nə olduğunu bilmirəm və tənhalığımdan zövq alıram. Yanımda kimsə olsa, rahatlığımı itirərəm.

- Qız səninlə əlaqə saxlamır ki?

- Anasının xəbərdarlığından sonra xəbər-ətər yoxdur. Amma düz eləmir, əslində, biz onunla uşaqlıq dostuyuq, dostluğu ki itirməmişik.

- Hələ onlardan yaxşı qurtarmısan…

- Yaxşı qurtarmışam deyəndə ki, ortada məhkəmə söhbəti də vardı. Anası məni məhkəməyə verməyi də planlaşdırıbmış. Sonradan fikrini dəyişdi. Elə xəbərdarlıq etdi ki, bu kitabı bağla. Mən də razılaşdım.

- Canın sağ olsun, elə tapılmayan qız olsun.

- Sağ ol, amma evlənmək mənlik deyil.

Asya

Oxumağa davam et
Reklam
Reklam

Gündəm